Acun Ilıcalı "Hull Siti"nin oyununa 60 milyon lirəlik avtomobili ilə gəldi
"Hall Siti"nin sahibi Acun Ilıcalı komandasının "Brayton"la İngiltərə Premyer Liqasının XI tur oyununa lüks avtomobili ilə gəlib.
Sportify.az xəbər verir ki, türkiyəli iş adamı qarşılaşmaya "Rolls-Royce" markalı avtomobili ilə yollanıb.
Bu maşının 60 milyon TL (2 milyon 28 min manat) dəyərində olduğu bildirilir.
Görüş “Hall Siti”nin qələbəsi ilə yekunlaşıb – 2:0. Sergey Yakiroviçin baş məşqçi olduğu kollektiv “Brayton” 89-cu dəqiqədə Koştinyanın qırmızı vərəqə almasından sonra vurub. 90+2-ci və 90+5-ci dəqiqələrdə Oliver Makbörni fərqlənib.
Bu qələbə sayəsində “Hall Siti” 14 xalla 11-ci pilləyə yüksəlib.
Acun Ilıcalı 2-0 kazandıkları maça, 60 milyon TL değerindeki Rolls-Royce marka lüks aracının direksiyonuna geçerek Hull City-Brighton maçına böyle gitti. https://t.co/2vEylX1ki6
— ZAM Haber (@ZamHaberAjans) November 22, 2026