top
Mark Markes tarix yazdı: Rossini geridə qoyub əfsanəvi rekorda çatdı Idman.biz
Bu gün, 23:25
- ↺ +

Mark Markes tarix yazdı: Rossini geridə qoyub əfsanəvi rekorda çatdı

Motosiklet yarışlarının ən nüfuzlu seriyası olan "MotoGP"də 2026-cı il mövsümünün çempionu müəyyənləşib. "Dukati" komandasının ispaniyalı pilotu Mark Markes karyerasında səkkizinci dəfə kraliça sinfində dünya çempionu adını qazanıb.

İdman.Biz xəbər verir ki, 33 yaşlı motosikletçi Portuqaliya Qran-prisində səkkizinci yeri tutaraq ən yaxın izləyiciləri üçün əlçatmaz olub. Bununla da Markes mövsümün son yarışını gözləmədən çempionluğunu rəsmiləşdirib.

Portuqaliyadakı yarışı "Apriliya"nın italiyalı pilotu Marko Betsekki qazanıb. Onun komanda yoldaşı Xorxe Martin ikinci, Raul Fernandes isə üçüncü yeri tutub.
Markes bu uğurla "MotoGP" tarixində yeni səhifə açıb. İspaniyalı pilot kraliça sinfində yeddi dəfə dünya çempionu olan əfsanəvi Valentino Rossini geridə qoyub və səkkiz çempionluğu olan Cakomo Aqostininin rekordunu təkrarlayıb.

Markesin səkkiz çempionluğundan altısı "Honda", ikisi isə "Dukati" ilə əldə olunub.

İspaniyalı motosikletçi daha əvvəl 125 kubsantimetrlik və "Moto-2" kateqoriyalarında da dünya çempionu olub. Beləliklə, onun bütün siniflər üzrə qazandığı dünya çempionluqlarının sayı 10-a yüksəlib.

Bu göstəriciyə görə Markes motosiklet yarışları tarixində yalnız 15 çempionluğu olan Cakomo Aqostini və 13 dəfə dünya çempionu adını qazanan Anxel Niettodan geri qalır.

Cari mövsümdə Markes əsas yarışlarda yeddi, sprintlərdə isə 10 qələbə qazanıb. O, dörd dəfə poul mövqeyini əldə edib və səkkiz dəfə fəxri kürsüyə yüksəlib.

Karyerası ərzində "MotoGP"nin əsas kateqoriyasında 80 qələbəsi olan ispaniyalı pilot 134 dəfə podiuma çıxıb və 78 dəfə poul mövqeyini qazanıb.

Qeyd edək ki, Markes 2025-ci ildə də dünya çempionu olub. Beləliklə, ispaniyalı motosikletçi ardıcıl ikinci mövsüm "MotoGP"də titulunu qoruyub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 23:40

U-16 Azərbaycan voleybol millisi EEVZA Avropa çempionatında beşinci yeri tutdu

Futbol
Bu gün, 23:30

"Konyaspor" - "Beşiktaş" - VİDEO

Futbol
Bu gün, 23:30

"Trabzonspor" - "Eyüpsor" - VİDEO

Futbol
Bu gün, 23:30

“Beşiktaş” və “Trabzonspor”dan növbəti qələbə

Futbol
Bu gün, 23:10

“Milan” “Real Madrid”in hücumçusunu istəyir

Futbol
Bu gün, 23:10

Milan 5-1 məğlub etdi Fiorentina

Futbol
Bu gün, 23:10

Qattuzo: “Futbolçularımızın mentaliteti və yüksək temp”

Futbol
Bu gün, 22:55

“Sabah”ın Barselona ilə qarşılaşmasına 65 min azarkeş gələcək

Futbol
Bu gün, 22:41

Liverpool 4-0-ə Manchester United-ı məhv etdi

Futbol
Bu gün, 22:30

“Mançester Yunayted” yeni baş məşqçi ilə darmadağın oldu

Futbol
Bu gün, 22:30

Sabah rəhbərliyi Raxmonaliyevi qışda satmağı planlaşdırmır

Futbol
Bu gün, 22:16

Ozan Tufanın 5-ci dəqiqədəki qolu "Trabzonspor"a qələbə gətirdi

Futbol
Bu gün, 22:09

Torald Bayramovun ehtiyatda qaldığı oyun Bursasporun 2-0 qələbəsi

Futbol
Bu gün, 21:40

Barselona Bakıda görüşəcək, otel seçimi nədir?

Futbol
Bu gün, 21:38

Çimərlik futbolu üzrə Asiya çempionatında İraq-Bəhreyn matçından sonra kütləvi dava baş verib

Futbol
Bu gün, 21:20

Parataekvondo üzrə milli komandamız dünya çempionatında kubokla mükafatlandırıldı - Foto

Futbol
Bu gün, 21:15

Aydın Qasımov: Uşaq futbolunda ən böyük problem stadionların bərbad vəziyyətidir

Voleybol
Bu gün, 21:13

U-16 voleybol millimiz Riqada Ukraynaya 3:0 hesabı ilə qalib gəlib

Qarabağ FK
Bu gün, 20:59

“Kəpəz‑Qarabağ” oyunu 15 500 nəfərlik yeni mövsümi tamaşaçı rekordunu yaratdı

Qarabağ FK
Bu gün, 20:54

Azər Məmmədov: Avrokuboklara vəsiqə qazanmaq böyük sensasiya olar

Futbol
Bu gün, 20:50

Bavariyanın futbolçusu növbəti dəfə nevroloji pozğunluq tutması keçirib

Futbol
Bu gün, 20:50

Taleyi yeni baş məşqçidən asılıdır - Premyer Liqa mənsubunda

Qarabağ FK
Bu gün, 20:48

“Kəpəz”in baş məşqçisi: “İmkanlardan yararlansaydıq, “Qarabağ”ı məğlub edə bilərdik”

Oxşar xəbərlər