top
Universiada: Gimnastlarımız qızıl medal qazandı, Zeynalova və Seyidzadənin çıxışları başa çatdı Idman.biz
18 iyul 2025, 22:08
- +

Universiada: Gimnastlarımız qızıl medal qazandı, Zeynalova və Seyidzadənin çıxışları başa çatdı

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan yığması ilk medalını qazanıb.

İdman.biz xəbər verir ki, gimanstika üzrə qrup hərəkətləri komandası fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Kamilla Əliyevadan ibarət komandamız 3 top və 2 halqa ilə çıxışda qızıla sahib çıxıb. Gimanstlarımız final mərhələsində 26.350 bal toplayıblar. Ukrayna 24,400 balla gümüş, Tayvan 22,750 balla bürüncə medala sahib olub.

Qeyd edək ki, bədii gimnastika yarışlarına sabah yekun vurulacaq.

***

20:32

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada bədii gimnastika yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan gimnastları İlona Zeynalova və Kamilla Seyidzadə Universiadada çıxışlarını başa vurublar.

Təmsilçilərimiz bu gün gürz və lentlə çıxış ediblər. Nəticədə dörd hərəkətin cəmində Zeynalova 96.800 xalla 22-ci, Seyidzadə isə 95.750 xalla 27-ci yeri tutub.

Bu növdə qızıl medalı belaruslu gimnast Alina Qornaskoy (114,850) qazanıb. Özbəkistanlı Taxmina İkromova gümüş, macar Fanni Piqniçki isə bürüncə sahib olublar.

***

17:10

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada bədii gimnastika yarışları davam edir.

İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, gündüz çıxışlarında Azərbaycan gimnastı İlona Zeynalova da mübarizə aparıb.

O, gürzlər və lentlə kompozisiyalar nümayiş etdirib. Gürzlərlə çıxışda Zeynalova hələ ki, doqquzuncu, lentlə isə onuncu yerdə qərarlaşıb. Bu nəticələr ona həmin növlər üzrə finala yüksəlməyə imkan verməyib.

Çoxnövçülükdə isə o, yeddinci pillədə qərarlaşıb.

Daha sonra Kamilla Seyidzadə gürz və lentlə çıxış edəcək. Axşam saatlarında isə qruplar çoxnövçülükdə ən güclü komandaları müəyyənləşdirəcəklər.

Qeyd edək ki, ilk məşq elementindən sonra heyətində Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzan və Kamilla Əliyevanın yer aldığı komandamız birinci yerdə qərarlaşıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:05

Napoli Alleqrinin rəhbərliyi altında debüt matçında Arezzoya uduzub

Futbol
Bu gün, 01:45

Vilyam Saliba onurğa zədəsi ilə mübarizə aparmağa davam edir

Futbol
Bu gün, 01:26

Konfrans Liqasında “Başakşehir” və “Neftçi”nin rəqibləri müəyyənləşib

Futbol
Bu gün, 01:06

FİFA DÇ-2026-nın simvolik komandası açıqlanıb

Futbol
Bu gün, 00:47

“Liverpul”un gələcək sahibləri Vinisius və Oliseni transfer etməyə hazırdılar

Futbol
Bu gün, 00:29

Zinəddin Zidanın Fransa millisinin baş məşqçisi təyinatının elan tarixi açıqlanıb

Futbol
Bu gün, 00:10

Ferran Torres “Barselona”nı tərk edə bilər

Futbol
Dünən, 23:51

Mançester Yunayted Tçuameni ilə maraqlanır

Futbol
Dünən, 23:36

Devid Bekhemin DÇ-2026-da qazanacağı məbləğ açıqlanıb

Futbol
Dünən, 23:21

ABŞ-ın Federal Təhqiqat Bürosu Argentina Futbol Assosiasiyasının prezidentini saxlayıb

Futbol
Dünən, 23:18

“Kiminlə oynadığımızı bilirdik” – Şaqoyko

Futbol
Dünən, 22:52

CSKA baş məşqçisi “Qarabağ”la oyun haqqında danışdı

Futbol
Dünən, 22:09

Pau Kubarsi dünyanın ən bahalı futbolçusu olub

Tennis
Dünən, 21:39

Milli Mətbuat Günü münasibətilə „Baku Media Open” stolüstü tennis turniri keçirilib

Futbol
Dünən, 21:29

Zirənin yarımmüdafiəçisi Konfrans Liqası II təsnifat mərhələsinə dair fikirlərini bölüşdü

Futbol
Dünən, 21:24

“Kəpəz” Portuqaliyalı hücumçu ilə müqavilə imzaladı

Futbol
Dünən, 20:38

Karvan-Yevlax" "Səbail"dən futbolçu alıb

Futbol
Dünən, 20:38

"Karvan-Yevlax" "Səbail"dən futbolçu transfer edib

Futbol
Dünən, 20:38

Karvan-Yevlax "Səbail"dən futbolçu.transfer etdi

Futbol
Dünən, 20:07

"Kəpəz" Yaponiyalı Oyunçu ilə Vidalaşdı

Digər
Dünən, 19:52

İtaliyada idman jurnalisti qətlə yetirilib

Futbol
Dünən, 19:28

Per Mertezaker Almaniyaya yeni vəzifədə qayıdır

Futbol
Dünən, 19:21

Neymar komanda ilə oyun olmayan gün poker turnirində iştirak edib

Futbol
Dünən, 18:59

Beşiktaş Riçarlisonu heyətinə qatmaq istəyir

Oxşar xəbərlər