Azərbaycan Kamandan Oxatma Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə kamandan oxatma üzrə Bakı Şəhər Kubokunun Birinci mərhələsinə start verilib.
İdman.Biz xəbər verir ki, turnirdə müxtəlif kateqoriyalar üzrə paralimpiyaçılarımız mübarizə aparırlar.
Yarışda idmançılar - Qalib Əliyev, Nurlan Babacanov və Şahin Cabbarlı da çıxış edərək güclərini sınayırlar.