1947-ci il təvəllüdlü britaniyalı triatlonçu Riçard Fayl Əbu-Dabidə keçirilən uzun məsafəli triatlon üzrə dünya çempionatını 10 saat 36 dəqiqə 46 saniyəyə başa vurub. 79 yaşlı idmançı 75-79 yaş kateqoriyasında mübarizə aparıb.
Yarışın proqramına 3 km üzgüçülük, 120 km velosiped və 30 km qaçış daxil olub. Fayl üzgüçülük mərhələsini 1 saat 26 dəqiqə 36 saniyəyə, velosiped yarışını 4 saat 23 dəqiqə 51 saniyəyə, qaçışı isə 4 saat 22 dəqiqə 22 saniyəyə tamamlayıb. Qalan vaxtı idman növləri arasındakı keçidlərə sərf olunub.
Maraqlıdır ki, britaniyalı idmançı öz yaş kateqoriyasında yeganə iştirakçı olub və yarışı da təkbaşına finişə çatdırıb.