İspaniya "Barselona"nın müdafiəçisi Jül Kunde "Sabah"la oyun üçün Azərbaycana yola düşməzdən əvvəl bir neçə portativ PlayStation cihazı ilə fotosunu paylaşıb.
Sportify.az xəbər verir ki, kataloniyalı futbolçular səfər zamanı GTA VI oynamaqla vaxt keçiriblər.
Komanda yoldaşları ilə bu əyləncəyə qoşula bilməyəcək yeganə oyunçu isə Bakıya gəlməyən Lamin Yamaldır.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də başlanacaq.