top
“Sabah” - “Barselona” oyununa bilet almamışam” - Samir Abbasovun İDMAN.BİZ-ə AÇIQLAMASI Idman.biz
Bu gün, 13:22
- ↺ +

“Sabah” - “Barselona” oyununa bilet almamışam” - Samir Abbasovun İDMAN.BİZ-ə AÇIQLAMASI

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində "Barselona" ilə keçirəcəyi oyun futbol ictimaiyyətinin diqqət mərkəzindədir. Kataloniya təmsilçisi ilə qarşılaşma ərəfəsində Azərbaycan millisinin sabiq futbolçusu, "Sumqayıt" və "Neftçi" klublarının keçmiş baş məşqçisi, eyni zamanda 2024-cü ildə təcrübə proqramı çərçivəsində "Barselona" akademiyasını ziyarət etmiş Samir Abbasovun fikirlərini öyrənmək qərarına gəldik.

Təcrübəli mütəxəssis İdman.Biz-ə açıqlamasında İspaniya klubunun hazırkı gücünü yüksək qiymətləndirib.

Abbasov bildirib ki, onun akademiyada olduğu vaxtdan bəri klubda baş məşqçi və futbolçu heyəti dəyişsə də, "Barselona" öz səviyyəsini qoruyub. Onun sözlərinə görə, komanda son dövrlərdə, xüsusilə gənc futbolçuların hesabına yeni inkişaf mərhələsinə qədəm qoyub:

"Düzdür, mən orada olanda tamam başqa ab-hava var idi. Baş məşqçi də, futbolçular da fərqli idi. Amma "Barselona" istər o vaxt, istərsə də indi "Barselona"dır. Hazırkı komanda haqqında dünyanın müxtəlif televiziya kanallarında, o cümlədən "Sky Sports"da müsbət fikirlər səsləndirilir. Hətta onu dünyanın bir nömrəli komandası hesab edənlər də var. Bu da "Barselona"nın gücünü göstərir.

Son vaxtlar futbol baxımından həddindən artıq böyük sıçrayış ediblər. Əvvəllər də güclü idilər, amma bu gənc futbolçularla sanki tamamilə başqa səviyyəyə yüksəliblər".

Sabiq baş məşqçi "Sabah"ın futbolçularına qarşılaşmadan maksimum zövq almağı tövsiyə edib. O, belə oyunların hər futbolçunun karyerasında xüsusi yer tutduğunu vurğulayıb:

"Düşünürəm ki, bu oyunla bağlı mənim kimi insanlardan müsahibə almağa belə ehtiyac yoxdur. Çünki deyəcəyimiz elə də çox söz yoxdur. "Barselona" "Barselona"dır. Sadəcə futbolçulara, məşqçilərə və "Sabah" klubuna bu oyundan zövq almağı arzulayıram.

Futbolçulara demək istəyirəm ki, hesab necə olur-olsun, oyun hansı nəticə ilə bitsə də, hər futbolçuya "Barselona" ilə meydana çıxmaq qismət olmur. Hətta yoldaşlıq görüşündə belə bu komanda ilə oynamaq hər kəsə nəsib olmur. Bu, futbolçu üçün böyük şərəfdir.

İnanın ki, bu gün bir çox futbolçu sizin yerinizdə olmaq istəyərdi. Belə oyunlar futbolçu karyerasını başa vurduqdan sonra da yaddaşda qalır. Məsələn, mənim üçün Portuqaliya ilə oyun, Kriştianu ilə qarşılaşma və digər belə matçlar yaddaqalandır. Ona görə də meydana çıxın və bu oyunun həzzini yaşayın. İnşallah, nəticə də istədiyiniz kimi olar".

Samir Abbasovdan "Sabah" - "Barselona" oyununa bilet alıb-almadığını da soruşduq.

Samir Abbasov bildiridi ki, futbol matçlarını stadiondan izləmir. Bununla belə, mütəxəssis ötən dəfə "Borussiya" Dortmundla qarşılaşma zamanı oğullarının ona xəbərsiz bilet aldığını açıqlayıb:

"Mən ümumiyyətlə oyunlara getmirəm, nə Azərbaycan, nə də xarici oyunlara. Amma ötən dəfə "Borussiya" Dortmundla oynayanda evdə uşaqların danışdığını gördüm. İki oğlum var. Soruşdum ki, nə məsələdir? Sən demə, xəbərim olmadan ikisi də "Borussiya" ilə oyuna bilet alıblar".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:27

PSJ-yə rədd cavabı verdi – “Benfika”da qalacaq

Futbol
Bu gün, 13:21

Nazim Süleymanov: "Sabah" "Barselona" ilə oyunda sürpriz edə bilər

Futbol
Bu gün, 13:20

"Arsenal" və "Borussiya"nın sabiq futbolçusu Çexiya klubundan ayrıldı

Futbol
Bu gün, 13:01

Mahirin asistləri Polşa Ekstraklasasında ön sırada

Futbol
Bu gün, 13:00

Azərbaycan çempionu iş yerini dəyişdi, operativ qərargah qurdu

Futbol
Bu gün, 13:00

Abdulla Rzayev: “Qapımızda bəzən heç nədən qollar görürük"

Cüdo
Bu gün, 12:52

Tahir Abdullayev: “Çətin olan döyüşmək yox, çəki salmaq idi”

Futbol
Bu gün, 12:51

Qərb derbisinin biletləri satışa çıxarılıb

Futbol
Bu gün, 12:50

PSJ Vinisius Juniorun transferindən imtina etdi

Digər
Bu gün, 12:44

‘Azərlotereya’dan iki yeni ‘Poz-Qazan’ oyunu: Böyük uduş imkanları!

Futbol
Bu gün, 12:44

“Hazırkı heyət daha balanslıdır”

Qarabağ FK
Bu gün, 12:30

“Qarabağ”ın tarixində üçüncü dəfə: Danışır rəqəmlər

Futbol
Bu gün, 12:29

PSJ “Benfika” futbolçusu Canluka Prestianni heyətinə qoşmağa niyyətlidir;

Futbol
Bu gün, 12:27

Balacaboyların dünya çempionatında kütləvi dava

Futbol
Bu gün, 12:20

Barselona, PSJ‑nin ulduzunu transfer etmək istəyir – Nunu Mendeş

Futbol
Bu gün, 12:20

Maurisio Poçettinodan "Mançester Yunayted"in futbolçularına yeni sərt qaydalar

Tennis
Bu gün, 12:12

Zverev 18,18 milyon dollar qazandı

Futbol
Bu gün, 12:09

“Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu

Futbol
Bu gün, 12:07

“Marafon”un baş məşqçisi komandasının çıxışını dəyərləndirdi

Futbol
Bu gün, 12:05

Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama

Qarabağ FK
Bu gün, 12:00

XII turun rəmzi komandası: “Qarabağ”, “Sabah”, “Neftçi”, “Turan Tovuz” və “Kəpəz”dən ikilik, “Qəbələ”dən birkəsi

Futbol
Bu gün, 11:59

Joan Laportanın Bakıda əyləncəli anları - VİDEO

Basketbol
Bu gün, 11:55

Yokiç və Devis

Oxşar xəbərlər