top
Abdulla Rzayev: “Qapımızda bəzən heç nədən qollar görürük Sport24.az
Bu gün, 13:00
- ↺ +

Abdulla Rzayev: “Qapımızda bəzən heç nədən qollar görürük"

"Neftçi" ilə oyuna istədiyimiz kimi başlaya bilmədik. Matçın əvvəlində çətinlik yaşasaq da, sonradan toparlanmağı və öz oyunumuzu tapmağı bacardıq. Təəssüf ki, bu qələbə üçün yetərli olmadı". Bu sözləri Sport24.az-a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Abdulla Rzayev deyib.

24 yaşlı müdafiəçi komandasının Misli Premyer Liqasının 12-ci turunda "Neftçi"yə məğlub olduğu matçla (1:3) bağlı fikirlərini bölüşüb:

"Rəqibin futbolçusu Qustavo Klisman gözəl qolla fərqləndi. Belə qollar 100 epizoddan birində vurulur. Əslində, Klisman qapıya zərbə vurmaq niyyətində deyildi, sadəcə top qapıya daxil oldu. Bundan sonra 2-3 real qol epizodumuz olsa da, onlardan istifadə edə bilmədik. "Neftçi" kimi güclü rəqibə qarşı qol imkanlarını dəyərləndirməyəndə işiniz çətinləşir. Qapımızda 2-3 qol gördükdən sonra fərqli oynamağa başladıq, daha fəal olmağa çalışdıq. Ancaq təəssüf ki, artıq gec idi".

Rzayev bu mövsüm "Araz-Naxçıvan"ın mövsüm ərzində qələbə üzünə həsrət qalmasından da danışıb:

"Bu mövsüm qələbə qazana bilməmişik. Açığı, bu uğursuzluğun nədən qaynaqlandığını bilmirəm. Heyətimizdə itkilər var və bu da müəyyən mənada komandaya təsir edir. Ümumiyyətlə, qapımızda bəzən heç nədən qollar görürük. Bu nəticələrə görə peşmanıq və baş verənlərdən nəticə çıxarmaq istəyirik. İnanıram ki, bir qələbə qazansaq, "qara zolaq"dan çıxacaq və özümüzə inamı qaytara biləcəyik".

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasında 12 turdan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:01

Mahirin asistləri Polşa Ekstraklasasında ön sırada

Futbol
Bu gün, 13:00

Azərbaycan çempionu iş yerini dəyişdi, operativ qərargah qurdu

Cüdo
Bu gün, 12:52

Tahir Abdullayev: “Çətin olan döyüşmək yox, çəki salmaq idi”

Futbol
Bu gün, 12:51

Qərb derbisinin biletləri satışa çıxarılıb

Futbol
Bu gün, 12:50

PSJ Vinisius Juniorun transferindən imtina etdi

Futbol
Bu gün, 12:44

“Hazırkı heyət daha balanslıdır”

Qarabağ FK
Bu gün, 12:30

“Qarabağ”ın tarixində üçüncü dəfə: Danışır rəqəmlər

Futbol
Bu gün, 12:29

PSJ “Benfika” futbolçusu Canluka Prestianni heyətinə qoşmağa niyyətlidir;

Futbol
Bu gün, 12:27

Balacaboyların dünya çempionatında kütləvi dava

Futbol
Bu gün, 12:20

Barselona, PSJ‑nin ulduzunu transfer etmək istəyir – Nunu Mendeş

Futbol
Bu gün, 12:20

Maurisio Poçettinodan "Mançester Yunayted"in futbolçularına yeni sərt qaydalar

Tennis
Bu gün, 12:12

Zverev 18,18 milyon dollar qazandı

Futbol
Bu gün, 12:09

“Qalatasaray”a Leaodan pis xəbər: Mövsümün ilk yarısını başa vurdu

Futbol
Bu gün, 12:07

“Marafon”un baş məşqçisi komandasının çıxışını dəyərləndirdi

Futbol
Bu gün, 12:05

Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama

Qarabağ FK
Bu gün, 12:00

XII turun rəmzi komandası: “Qarabağ”, “Sabah”, “Neftçi”, “Turan Tovuz” və “Kəpəz”dən ikilik, “Qəbələ”dən birkəsi

Futbol
Bu gün, 11:59

Joan Laportanın Bakıda əyləncəli anları - VİDEO

Basketbol
Bu gün, 11:55

Yokiç və Devis

Futbol
Bu gün, 11:40

Ukrayna klubunun braziliyalısı PSJ-nin "radar"ına düşüb

Qarabağ FK
Bu gün, 11:40

Verilişin sponsorları: "YaaRa Tekstil" və "Asadov Pro Bridge" agentliyi

Futbol
Bu gün, 11:38

Qara Qarayevin iştirakı ilə “Yaşıl Top” layihəsinin növbəti tədbiri təşkil olunub

Minifutbol
Bu gün, 11:38

Səudiyyə Ərəbistanında legioner futbolçuların limiti 14‑ə qədər artırıla bilər

Digər
Bu gün, 11:30

“Şəfa”da idarəçilik böhranı: Zaur Həşimov tək qalıb, rəhbərlik susur

Oxşar xəbərlər