top
Xəyal Nəcəfov: Avrokuboklara vəsiqə mövsümü uğurlu edir Idman.biz
12 may 2026, 15:11
- ↺ +

Xəyal Nəcəfov: Avrokuboklara vəsiqə mövsümü uğurlu edir

"Avrokuboklara vəsiqə qazandığımız üçün mövsümü yaxşı dəyərləndirirəm".

Bunu "Turan Tovuz"un yarımmüdafiəçisi Xəyal Nəcəfov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- 32 il sonra "Turan Tovuz" avrokuboklara vəsiqə qazandı. Azarkeşlərin sevinci böyük idi. Bu sizə necə təsir etdi və rəhbərlik sizi necə təbrik etdi?

- Birinci gündən rəhbərlik və məşqçilər bizə inanırdı, daha yaxşı olacağımıza motivasiya verirdilər. "Turan Tovuz" azarkeşləri uzun illər bu günü gözləyirdi və həmin sevinci yaşadılar. Mənim üçün ən önəmlisi odur ki, yeni nəsil də bu uğuru gördü.

- Mövsümü özünüz üçün necə dəyərləndirirsiniz? Daha yaxşı ola bilərdi? Məsələn, kubokda finala çıxmaq baxımından?

- Daha yaxşı ola bilərdi. Amma ümumilikdə bu da bizim üçün uğur sayılır. Yenə də daha yüksək nəticələr əldə etmək mümkün idi.

- Mövsümün əvvəlində az oynayırdınız, sonradan əsas heyətə düşdünüz. Bunun səbəbi nə idi və bu mövsümü necə qiymətləndirirsiniz?

- Bu baş məşqçinin qərarı idi. Heç bir şey deyə bilmərəm.

- Çempionatın ümumi gedişini necə qiymətləndirirsiniz? "Sabah"ın çempionluğunu gözləyirdiniz?

- Avrokuboklara vəsiqə qazandığımız üçün mövsümü yaxşı dəyərləndirirəm. İnşallah, daha da yaxşı olacaq. "Sabah" komandasına gəldikdə isə, həm müdafiədə, həm hücumda kompakt oynayan bir kollektivdir. Öz oyunları ilə çempionluğa layiq olduqlarını göstərdilər.

- "Turan Tovuz"da qalacaqsanız, yoxsa başqa təkliflər var? Ümumiyyətlə, vəziyyət necədir?

- Təkliflər var, amma son turdan sonra qərar verəcəyik.

- Azərbaycandan və xaricdən təkliflər almısınız? "Şəfa" klubunun da sizinlə maraqlandığı deyilir.

- Həm xaricdən, həm də yerli klublardan təkliflər var. Amma yekun qərarı mövsümün sonunda verəcəyik.

- Qarşıdakı turlarda hədəf nə olacaq? Növbəti turda "Şamaxı" ilə formal oyun var.

- "Şamaxı" ilə oyun da daxil olmaqla, çempionat hələ bitməyib. Biz hər oyuna qələbə üçün çıxacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:29

Dambrauskas: Barcelona qarşısında oyunçuların çətinliklərini hiss etdim

Qarabağ FK
Bu gün, 00:29

Anthony Gordon Azərbaycan torpaqlarında Çempionlar Liqasının tarixində yeni rekord qırdı

Futbol
Bu gün, 00:15

Beşiktaş

Futbol
Bu gün, 00:13

Hans Flik 'Sabah'ı təriflədi: 'Onlar yaxşı və cəsarətli futbol oynayırlar, bəzi anlarda bizə çətinlik yaratdılar'

Futbol
Dünən, 23:57

Fərid Qayıbov UEFA Çempionlar Liqasında

Futbol
Dünən, 23:54

“Çelsi”nin müdafiəçisi Malo Qusto üç ingilis nəhəng klubunun hədəfində

Futbol
Dünən, 23:46

Entoni Qordon ‘Sabah’–‘Barselona’ matçının ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 23:22

Amrabat Afrika çempionluğu qazanmasını Mərakeşdən alınıb olmağını ədalətsizlik adlandırdı

Futbol
Dünən, 23:13

Realın da addım atması lazımdır;

Futbol
Dünən, 23:07

Markos Alonso Xavinin "Barselona"dakinəsas çatışmazlığını açıqladı

Futbol
Dünən, 23:00

Çempionlar Liqasında hakimin sərxoş olması şübhəsi ilə fasilədə əvəzləndi

Futbol
Dünən, 23:00

Legionerlər hesabına uğur, yerli istedadların aqlığı: Azərbaycan futbolu yenə 'ögey oğula' əsalanır

Futbol
Dünən, 22:55

Fənərbağçanın U-19 komandası UEFA Gənclər Liqasında 6:0 məğlub oldu

Futbol
Dünən, 22:52

Liverpul 16 yaşlı Senegal hücumçusunu transfer etməyə hazırdır

Futbol
Dünən, 22:46

Nazirlər “Sabah”‑“Barselona” oyununu izləyirlər;

Futbol
Dünən, 22:40

İngiltərə futbolçusunun Bakıdakı Çempионлар Liqası oyununda qolları 5-ə çatdı

Qarabağ FK
Dünən, 22:40

Qarabağın çətin günlərdəki ən böyük dəstəyi – İmarət Tayfa kimdir?

Futbol
Dünən, 22:37

Sançes, Mourinyonun Real Madridə qayıdışını dəstəkləyərək nüfuzunu gücləndirir

Futbol
Dünən, 22:30

Ayın ən yaxşı futbolçusu kim olacaq?

Futbol
Dünən, 22:26

Sabah – Barselona matçında stadion girişində texniki problem

Futbol
Dünən, 22:22

Valensiya, Arsenal qapıçısı Kepa Arrizabalayı transfer üçün araşdırır

Futbol
Dünən, 22:14

Aston Villa futbolçusu Alexandro Garnao heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi

Digər
Dünən, 22:11

Şəkidə uşaqlar üçün idman və hüquq maarifləndirmə düşərgəsi keçirilib

Futbol
Dünən, 22:07

Baena, Şampionlar Liqasında 17 oyunda qol vurmadı

Oxşar xəbərlər