top
Valdas Dambrauskas: Sabah üçün bu oyun tarixi fürsətdir Idman.biz
12 may 2026, 17:03
- ↺ +

Valdas Dambrauskas: Sabah üçün bu oyun tarixi fürsətdir

"Sabah" ardıcıl ikinci ildir kubokun finalında iştirak edir. Düşünürəm ki, burada ola bilmək böyük şərəfdir".

İdman.Biz xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Kubokunun finalında "Zirə" ilə keçiriləcək görüşdən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

Litvalı mütəxəssis güclü komandaya qarşı mübarizə aparacaqlarını söyləyib:

"Səbirsizliklə sabahkı oyunu gözləyirik. Rəqibi bu mərhələyə qədər gələ bildiyinə görə təbrik edirəm. Ümid edirəm ki, azarkeşlər də matçdan zövq alacaqlar. Karyeramda baş məşqçi kimi titullar qazanmışam. Bunlar heç də asan əldə olunmayıb. Sabahkı matç bizim üçün tarixi fürsətdir. Kuboka sahib olmaq üçün ona layiq olmaq lazımdır. Ötən il olduğu kimi bu il də qalib olub adımızı tarixə yazdırmaq istəyirik. Düşünürəm ki, həyəcanlı oyuna şahidlik edəcəyik".

O, üzərilərində təzyiq hiss etmədiklərini söyləyib:

"Nəyə görə başqa komandalara görə təzyiq hiss etməliyik? Sabah hər iki komanda üçün tarixi oyundur. Əldə edəcəyimiz nəticənin "Qarabağ" və "Neftçi"nin taleyinə necə təsir edəcəyi bizi maraqlandırmır. Bu barədə danışmağın heç bir mənası yoxdur. Çünki biz özümüz üçün oynayacağıq".

Qeyd edək ki, mayın 13-də "Palms Sports Arena"da keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:15

Beşiktaş

Futbol
Bu gün, 00:13

Hans Flik 'Sabah'ı təriflədi: 'Onlar yaxşı və cəsarətli futbol oynayırlar, bəzi anlarda bizə çətinlik yaratdılar'

Futbol
Dünən, 23:57

Fərid Qayıbov UEFA Çempionlar Liqasında

Futbol
Dünən, 23:54

“Çelsi”nin müdafiəçisi Malo Qusto üç ingilis nəhəng klubunun hədəfində

Futbol
Dünən, 23:46

Entoni Qordon ‘Sabah’–‘Barselona’ matçının ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 23:22

Amrabat Afrika çempionluğu qazanmasını Mərakeşdən alınıb olmağını ədalətsizlik adlandırdı

Futbol
Dünən, 23:13

Realın da addım atması lazımdır;

Futbol
Dünən, 23:07

Markos Alonso Xavinin "Barselona"dakinəsas çatışmazlığını açıqladı

Futbol
Dünən, 23:00

Çempionlar Liqasında hakimin sərxoş olması şübhəsi ilə fasilədə əvəzləndi

Futbol
Dünən, 23:00

Legionerlər hesabına uğur, yerli istedadların aqlığı: Azərbaycan futbolu yenə 'ögey oğula' əsalanır

Futbol
Dünən, 22:55

Fənərbağçanın U-19 komandası UEFA Gənclər Liqasında 6:0 məğlub oldu

Futbol
Dünən, 22:52

Liverpul 16 yaşlı Senegal hücumçusunu transfer etməyə hazırdır

Futbol
Dünən, 22:46

Nazirlər “Sabah”‑“Barselona” oyununu izləyirlər;

Futbol
Dünən, 22:40

İngiltərə futbolçusunun Bakıdakı Çempионлар Liqası oyununda qolları 5-ə çatdı

Qarabağ FK
Dünən, 22:40

Qarabağın çətin günlərdəki ən böyük dəstəyi – İmarət Tayfa kimdir?

Futbol
Dünən, 22:37

Sançes, Mourinyonun Real Madridə qayıdışını dəstəkləyərək nüfuzunu gücləndirir

Futbol
Dünən, 22:30

Ayın ən yaxşı futbolçusu kim olacaq?

Futbol
Dünən, 22:26

Sabah – Barselona matçında stadion girişində texniki problem

Futbol
Dünən, 22:22

Valensiya, Arsenal qapıçısı Kepa Arrizabalayı transfer üçün araşdırır

Futbol
Dünən, 22:14

Aston Villa futbolçusu Alexandro Garnao heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi

Digər
Dünən, 22:11

Şəkidə uşaqlar üçün idman və hüquq maarifləndirmə düşərgəsi keçirilib

Futbol
Dünən, 22:07

Baena, Şampionlar Liqasında 17 oyunda qol vurmadı

Futbol
Dünən, 22:00

Juventus Bruno Fernandesi azad agent olmasını gözləyir

Futbol
Dünən, 21:52

Amorebietanın itirafı: Messinin üzünə butsamla dəymə, VAR olsa meydandan qovulardım

Oxşar xəbərlər