top
Regionlar üzrə 2-8 İyun İdman Tədbirləri Açıqlaması Idman.biz
03 iyun 2025, 16:51
- ↺ +

Regionlar üzrə 2-8 İyun İdman Tədbirləri Açıqlaması

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, 2-8 iyun tarixlərində müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş futbol üzrə 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında Sumqayıt şəhər kuboku - 2-6 iyun, saat 10:00 (Sumqayıt şəhər, "Socar Polymer Arena");
- Dünya Velosiped Gününə həsr olunmuş veloyürüş - 3 iyun, saat 16:00 (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu);
- Beynəlxalq Qaçış Gününə həsr olunmuş ümumtəhsil müəssisələri arasında atletika üzrə rayon birinciliyi (oğlanlar və qızlar) - 4 iyun, saat 10:00 (Xızı rayon Giləzi qəsəbə tam orta məktəb);
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş voleybol üzrə ümumtəhsil müəssisələri arasında Abşeron rayon kuboku (qızlar) - 4-5 iyun, saat 10:00 (Xırdalan şəhəri, 11 nömrəli tam orta məktəb).
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Şəhidlərin əziz xatirəsinə həsr edilmiş həvəskarlar arasında futbol üzrə İsmayıllı rayon turnirinin qrup mərhələsi – 2-6 iyun, saat 17:30 (İsmayıllı rayon, Aşağıbaş, Hacıhətəmli və Mollaisaqlı stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində idman ustası Valeh Etibarovun rəhbərliyi altında sərbəst güləş üzrə ustad dərsi - 4 iyun, saat 15:00 (Qobustan UGİM-in idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində Azərbaycan çempionu Anar Məmmədovun rəhbərliyi altında qraplinq üzrə ustad dərsi – 6 iyun, saat 16:00 ("Şamaxı" idman klubu);
- Müstəqillik Günü münasibətilə uşaq, yeniyetmə və gənclər arasında taekvondo üzrə regional turnir - 8 iyun, saat 11:00 (Şamaxı Olimpiya İdman Kompleksi).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Dünya Velosiped Gününə həsr olunmuş yeniyetmə və gənclərin iştirakı ilə veloyürüş - 3 iyun, saat 11:00 (Samux şəhər-Hacıalılar kənd yolu);
- Dünya Velosiped Gününə həsr olunmuş velosiped üzrə Goranboy rayon turniri - 3 iyun, saat 15:00 (Goranboy rayonu Qızılhacılı qəsəbəsi).
Qarabağ Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş VIII-X sinif şagirdləri arasında minifutbol üzrə Xocalı rayon turniri - 2 iyun, saat 14:00 (Xocalı şəhəri 1 nömrəli tam orta məktəb);
- Kişilər arasında 64 xanalı dama üzrə Xocavənd rayon turniri – 3 iyun, saat 17:00 (Xocavənd 500 ailəlik qəsəbə);
- Dünya Velosiped Günü münasibətilə veloyürüş - 3 iyun, saat 16:00 (Ağdam Olimpiya İdman Kompleksi-Ağdam Bayraq Meydanı);
- Güllə atıcılığı üzrə Bərdə rayon turniri – 4-5 iyun, saat 10:00 (Bərdə Dövlət Peşə Təhsil Mərkəzi);
- Voleybol üzrə yeniyetmə və gənclər arasında Füzuli rayon turniri – 5 iyun, saat 14:00 (Füzuli rayonu, Fin qəsəbəsi).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş kros qaçışı üzrə rayon turniri - 2 iyun, saat 15:00 (Gədəbəy rayonu Xarxar kəndi);
- Dünya Velosiped Gününə həsr olunmuş veloyürüş - 3 iyun, saat 11:00 (Gədəbəy şəhər stadionundan Heydər Əliyev Mərkəzinə qədər);
- Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş atletika üzrə rayon turniri - 5 iyun, saat 9:00 (Şəmkir Olimpiya İdman Kompleksi).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Dünya Velosiped Gününə həsr olunmuş veloyürüş - 3 iyun, saat 11:00 (Xaçmaz şəhərinin mərkəzi hissəsinin şosse yolları);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində sambo üzrə kütləvi idman tədbiri - 4 iyun, saat 16:00 (Qusar Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika üzrə kütləvi idman tədbiri - 5 iyun, saat 15:00 (Siyəzən şəhər stadionu);
- Milli Qurtuluş Gününə həsr olunmuş məktəblilər arasında atıcılıq üzrə Quba rayon birinciliyi - 5 iyun, saat 11:00 (Quba rayonu Alekseyevka kənd tam orta məktəbin stadionu);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Qurtuluş Gününə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin VII-IX sinfində təhsil alan qızlar arasında voleybol üzrə Şabran rayon birinciliyi - 6 iyun, saat 10:00 (Şabran rayon Uzunboyad kənd tam orta məktəbi).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dünya Velosiped Günü münasibətilə veloyürüş - 3 iyun, saat 10:00 (Masallı şəhər İntiqam Əsgərli küçəsi, Bakı prospekti boyunca, Masallı Olimpiya İdman Kompleksi);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dünya Velosiped Günü münasibətilə veloyürüş - 3 iyun, saat 10:00 (Lənkəran şəhər Həzi Aslanov Parkından Heydər Əliyev prospekti boyunca, Bayraq Meydanınadək);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dünya Velosiped Günü münasibətilə veloyürüş - 3 iyun, saat 14:00 (Yardımlı şəhər Heydər Əliyev prospekti boyunca Sahil stadionu);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dünya Velosiped Günü münasibətilə veloyürüş - 3 iyun, saat 10:00 (Astara Dənizkənarı Park Bulvar Kompleksi);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dünya Velosiped Günü münasibətilə veloyürüş - 3 iyun, saat 10:00 (Lerik şəhər Arif Nuriyev küçəsi, N.Nərimanov küçəsi, Heydər Əliyev Meydanı);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dünya Velosiped Günü münasibətilə veloyürüş - 3 iyun, saat 11:00 (Cəlilabad şəhər 28 may küçəsi);
- Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə kütləvi açıq idman tədbiri - 4-5 iyun, saat 11:00 (Lənkəran şəhər Heydər Əliyev prospekti);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 5 iyun, saat 11:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);
- Atalar Günü münasibətilə böyüklər arasında nərd üzrə Lerik rayon turniri - 5 iyun, saat 10:00 (Lerik şəhər istirahət parkı).
Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Dünya Velosiped Gününə həsr olunmuş veloyürüş - 3 iyun, saat 10:00 (Göyçay rayon ərazisi);
- "Sağlam həyat" devizi altında qızlar arasında voleybol üzrə rayon turniri - 3-4 iyun, saat 10:00 (Kürdəmir rayonu M.Əzimov adına Atakişili kənd tam orta məktəbi);
- Atletika üzrə məktəblilər arasında rayon turniri - 5 iyun, saat 9:30 (Ucar rayon mərkəzi stadionu);
- Milli Qurtuluş Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat üzrə rayon turniri - 5-14 iyun, saat 14:30 (Ucar rayon Şahmat-İdman Məktəbi).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Şəhidlərin xatirəsinə həsr olunmuş həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 2-20 iyun, saat 19:00 (Zaqatala rayon Tala Qala İstirahət Mərkəzi);
- Dünya Velosiped Gününə həsr olunmuş gənclər arasında veloyürüş - 3 iyun, saat 9:00 (Zaqatala rayon Danaçı kəndi);
- Dünya Velosiped Gününə həsr olunmuş məktəbli oğlan və qızlar arasında veloyürüş - 3 iyun, saat 13:00 (Balakən Olimpiya İdman Kompleksi);
- "Qəbələ İdman Paytaxtı 2025" çərçivəsində ümumtəhsil məktəbləri arasında minifutbol üzrə rayon birinciliyi - 5-12 iyun, saat 10:00 (Qəbələ şəhər 5 saylı tam orta məktəb).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Dünya Velosiped Günü münasibətilə veloyürüş - 3 iyun, saat 10:00 (Hacıqabul rayon Mədəniyyət Evi-Heydər Əliyev Mərkəzi);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Qurtuluş Gününə həsr edilmiş minifutbol üzrə orta ümumtəhsil məktəbləri arasında Salyan rayon birinciliyi - 4 iyun, saat 10:00 (Salyan rayon Aşağı Kürkənd kənd tam orta məktəbin minifutbol meydançası);
- Milli Qurtuluş Gününə həsr olunmuş məktəbli oğlanlar arasında basketbol üzrə rayon birinciliyi - 5-13 iyun, saat 10:00 (Biləsuvar şəhər internat tipli məktəb-lisey);
- Yeniyetmələr arasında yunan-Roma güləşi üzrə rayon turniri - 6-7 iyun, saat 10:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- Uşaq və yeniyetmələr arasında üzgüçülük üzrə şəhər turniri - 7-8 iyun, saat 11:00 (Şirvan Olimpiya İdman Kompleksi).

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Oxşar xəbərlər