top
“Real” mövsümün ilk 6 ayında  500 milyon avrodan çox  qazanıb Lent.az
25 mart 2025, 17:35
- ↺ +

“Real” mövsümün ilk 6 ayında 500 milyon avrodan çox qazanıb

Aralıq maliyyə hesabatının nəticələrinə görə, "Real" 2024/25 mövsümünün ilk altı ayında 589,8 milyon avro qazanıb.

Lent.az xarii KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, klubun mövsümün ilk 6 ayında gəliri ötən mövsümün eyni dövrü ilə müqayisədə 27,9 faiz artıb.

Yenilənmiş "Santyaqo Bernabeu" ev stadionunun iş vaxtından kənarda istismarı kluba mövsümün əvvəlindən 43,9 milyon avro qazandırıb - bu, 2023/24 mövsümü üçün eyni maddədən əldə olunan gəlirin 95 faizdən çoxudur. Oyun günü gəliri ötən mövsümün eyni dövründəki 94,5 milyon avro ilə müqayisədə 149,6 milyon avro olub. Hər oyunda tam dolu olan "Bernabeu"ya bilet əldə etmək demək olar ki, mümkün deyil.

Bu mövsüm ən pis göstərici isə sentyabr ayında La Liqada "Alaves"lə oyuna gələn 67 480 azarkeş olub. Bütün yarışlarda qalan 19 "Real" oyununda izdiham 70.000-dən çox olub.

İlk altı ayda biletlər, mövsüm biletləri və üzvlük haqlarından əldə olunan gəlir 2023/24 mövsümünün birinci yarısı ilə müqayisədə 58,3 faiz artaraq 149,6 milyon avro təşkil edib.

Klubun marketinq gəlirləri də artıb. Onların məbləği 250,4 milyon avro təşkil edir ki, bu da əvvəlki mövsümün birinci yarısı ilə müqayisədə 70 milyon avro çoxdur. Mağazadaxili satışlar 39,6 faiz artaraq 49,6 milyon avroya çatıb. Sponsorluq və lisenziya gəlirləri artıb (37,2 faiz artaraq 157,7 milyon avroya çatıb).

Qeyd olunur ki, "Real" növbəti dəfə mövsümü rekord gəlirlə başa vura bilər. Bundan əvvəl Madrid klubu 2023/24 mövsümü üçün 1 milyard avrodan çox qazanan ilk klub olub. "Kral klubu" nun gəliri 1,045 milyard avro təşkil edib. 

Siyahıda sonrakı yerləri "Mançester Siti" (837,8 milyon avro), PSJ (805,9 milyon avro), "Mançester Yunayted" (770,6 milyon avro) və "Bavariya" (765,4 milyon avro) tutub.
Bu mövsüm "Real" İspaniya çempionatının turnir cədvəlində əlavə göstəricilərə görə "Barselona"dan geri qalır. Karlo Ançelottinin komandası Çempionlar Liqası və İspaniya Kubokunda da mübarizəni davam etdirir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:40

"Napoli"nin qapıçısı Aleks Meretin müqavilə danışıqları dalana dirənib

Basketbol
Bu gün, 13:31

"Sumqayıt" basketbol komandasının məşqçisi Allahverdi Yusifov: "Hədəfimiz liqa mərhələsini ilk dördlə bitirməkdir"

Futbol
Bu gün, 13:25

Kompani "Bayern"in "Lill"ə məğlubiyyətini şərh etdi

Futbol
Bu gün, 13:22

Hans-Diter Flik Bakıda UEFA Çempionlar Liqasının tarixində yer alıb;

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Güləş
Bu gün, 13:09

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Tennis
Bu gün, 12:51

İtaliya Devis Kubokunun yarımfinalına yüksəlib — Çexiyla görüşəcək

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Futbol
Bu gün, 12:31

Qabriel Jezus Çempionlar Liqasında 28 qolla Rivaldonu və Luis Suaresi geridə qoydu

Futbol
Bu gün, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir

Futbol
Bu gün, 12:26

Litva XİN rəhbəri ‘Sabah’ın baş məşqçisi Dambrauskasa ‘Diplomatiya ulduzu’ mükafatını təqdim edib

Futbol
Bu gün, 12:25

Puxaç “Barselona” məğlubiyyəti barədə danışdı: “Bizə çox sərt davrandılar”

Futbol
Bu gün, 12:20

Çempionlar Liqasında ən zəif performansımız

Minifutbol
Bu gün, 12:20

Balogun Arsenal-dan Manchester United-ın əsas transfer hədəfi olur

Futbol
Bu gün, 12:16

Meksikada 26 yaşlı futbolçu meydançada güllələnib və vəfat edib

Futbol
Bu gün, 12:15

Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatını aldı;

Boks
Bu gün, 12:01

UFC-nin sabiq çempionu İslam Maxaçevin kəmərinin alınmasını tələb etdi

Futbol
Bu gün, 12:00

Beşiktaşın Batumi səfərinə aparan təyyarəyə ildırım vuruldu

Futbol
Bu gün, 12:00

Sabah qapıçısı Barselona forması almağa cəhd etdi, amma əldə edə bilmədi

Oxşar xəbərlər