top
Rafael Ağayev: Anasının nişan üzüyünü satması sayəsində dünya karatesinin “Qara brilyantı”na çevrilən idmançının uğur hekayəsi Oxu.az
Bu gün, 07:00
- ↺ +

Rafael Ağayev: Anasının nişan üzüyünü satması sayəsində dünya karatesinin “Qara brilyantı”na çevrilən idmançının uğur hekayəsi

Bəzən bir insanın həyatını dəyişmək üçün böyük sərvətə, imkanlara və ya nüfuzlu tanışlara ehtiyacı olmur. Bəzən bir valideynin fədakarlığı, bir uşağın arzusu və o arzunun arxasınca getmək üçün göstərdiyi inad kifayət edir. Rafael Ağayevin hekayəsi də məhz belə başlayır.

Oxu.Az-ın "İdmandan kənar" rubrikasında bu dəfə uşaqlıqda ailəsinin maddi çətinliklərinə baxmayaraq, böyük arzularının arxasınca gedən, anasının fədakarlığı sayəsində ilk beynəlxalq yarışına qatılan və sonradan dünya karatesinin ən parlaq simalarından birinə çevrilən Rafael Ağayevin hekayəsindən bəhs edəcəyik.

Bu gün adı dünya karatesi ilə yanaşı çəkilən, tatamidəki qeyri-adi texnikası, sürəti və rəqiblərinə qarşı amansız mübarizəsi ilə tanınan Rafael Ağayevin uşaqlığı heç də asan keçməyib. O, 1985-ci il martın 4-də Sumqayıtda dünyaya gəlib. Ailənin maddi vəziyyəti üzəkaçan olmayıb. Özünün də sonralar etiraf etdiyi kimi, elə günlər olub ki, evdə çörək belə tapılmayıb. Ancaq bütün çətinliklərə baxmayaraq, onun böyük arzuları olub.

Brüs Linin filmlərindən başlayan sevgi

Rafaelin idmana gəlişi təsadüfi deyildi. Atası Mahir Ağayev vaxtilə futbolçu olub və oğlunun da onun yolunu davam etdirməsini istəyib. Böyük qardaşlarından biri cüdo, digəri isə boksla məşğul olub. Rafael də əvvəlcə futbola maraq göstərsə də, bir müddət sonra həyatının istiqamətini dəyişən seçim edib.

O, uşaqlıq illərində əfsanəvi Brüs Linin filmlərinə böyük maraq göstərib. Ekranda gördüyü döyüş səhnələri onda karateyə sevgi yaratıb. Beləliklə, yeddi yaşında ilk məşqlərinə başlayıb.

İlk məşqçisi Rafael Məmmədov olub. Sumqayıtda başlayan bu yol sonradan dünyanın ən nüfuzlu idman arenalarına qədər uzanacaqdı. Ancaq qarşıda onu gözləyən ilk böyük sınaq tatamidə deyil, həyatın özündə idi.

İdmandan kənar: Anasının nişan üzüyü sayəsində dünya karatesinin brilyantına çevrilən karateçi - Foto/Video

Anasının satdığı qızıllar...

Rafael Ağayevin həyat hekayəsinin ən təsirli məqamlarından biri ilk beynəlxalq yarışlarına gedərkən yaşananlardır.

Gənc karateçinin Rusiyada keçirilən yarışa qatılması üçün ailənin kifayət qədər pulu olmayıb. Onun arzusunun yarımçıq qalmaması üçün anası öz qızıllarını, hətta nişan üzüyünü belə satmağa məcbur olub. Toplanan pulla Rafael atası ilə birlikdə yola düşüb.

İdmançı sonralar həmin hadisəni xatırlayarkən anasının fədakarlığını heç bir mükafatla əvəz edə bilməyəcəyini deyib. Bu yarış onun üçün sadəcə növbəti turnir deyildi. Rafael finala yüksəlib və həmyerlisinə qalib gələrək qızıl medal qazanıb. Ən maraqlısı isə qazandığı ilk beynəlxalq uğurlardan birinin sevincini anası ilə bölüşməsi idi. Sonradan həmin qızıl medalı anasına hədiyyə edib.

İllər keçəcək, Rafael dünyanın ən böyük yarışlarında saysız-hesabsız medallar qazanacaqdı. Ancaq onun üçün anasının satdığı qızılların dəyəri heç vaxt dəyişməyəcəkdi.

İdmandan kənar: Anasının nişan üzüyü sayəsində dünya karatesinin brilyantına çevrilən karateçi - Foto/Video

Dünya karatesinin "Qara brilyantı"

Ağayevin karyerasında yüksəliş sürətli olub. 1997-ci ildə Azərbaycan milli komandasına dəvət alan karateçi qısa müddətdə beynəlxalq arenada öz sözünü deməyə başlayıb.

2008-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında həm 70 kiloqramadək çəki dərəcəsində, həm də açıq çəki kateqoriyasında qızıl medal qazanaraq tarixə düşüb.

Onun çıxışları o qədər fərqli olub ki, Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinos azərbaycanlı idmançını "Dünya karatesinin brilyantı" adlandırıb. Azərbaycanda isə Rafael daha çox "Qara brilyant" ləqəbi ilə tanınıb.

Beşqat dünya çempionu, 11 qat Avropa çempionu olan Ağayev müxtəlif illərdə Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının da qalibi olub. Onun tatamidəki hərəkətləri, rəqibin müdafiəsini gözlənilməz hücumlarla yarmaq bacarığı karatedə özünəməxsus üslub yaradıb.

İdmandan kənar: Anasının nişan üzüyü sayəsində dünya karatesinin brilyantına çevrilən karateçi - Foto/Video

İllərlə gözlədiyi Olimpiya arzusu

Rafael Ağayevin karyerasında çatışmayan ən böyük uğur Olimпиya medalı idi. Karate ilk dəfə Tokio-2020 Yay Olimпиya Oyunlarının proqramına daxil ediləndə bu, azərbaycanlı idmançı üçün çoxdan gözlədiyi fürsətə çevrildi.

2021-ci ildə keçirilən Olimpiadada Ağayev 75 kq çəki dərəcəsində finala qədər irəlilədi. Həlledici qarşılaşmada onun rəqibi italiyalı Luici Busa oldu.

Gərgin keçən finalda Ağayev 0:1 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətləndi. Beləliklə, karyerası ərzində dünya və Avropa çempionatlarında saysız-hesabsız uğurlara imza atan karateçi Olimпиya mükafatçısı adını da qazandı.

Bu medal onun üçün təkcə növbəti mükafat deyildi. İllərlə gözlədiyi Olimпия arzusunun gerçəkləşməsi idi.

Medallardan daha böyük olan dəyərlər

Rafael Ağayevin hekayəsində diqqətçəkən məqam yalnız qazandığı titullar deyil. O, dəfələrlə uğurlarının arxasında ailəsinin, xüsusilə də valideynlərinin dayandığını vurğulayıb.

Bir vaxtlar oğlunun yarışa gedə bilməsi üçün nişan üzüyünü satan ana illər sonra onun dünya şöhrətli idmançıya çevildiyini gördü. Rafael isə qazandığı medalların heç birinin həmin fədakarlığın əvəzini vermədiyini söylədi.

Bəlkə də onun hekayəsinin ən təsirli tərəfi elə budur: dünya çempionluqları, Avropa titulları və Olimпиya medalı qazanan bir idmançı üçün ən qiymətli mükafat hələ də anasının illər əvvəl etdiyi fədakarlıqdır.

Çünki Rafael Ağayevin həyatında ən böyük qələbə bəlkə də tatamidə qazandığı medallar deyil, ona inanan ailəsinin ümidlərini doğrultmasıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 08:26

“Sabah”ın Çempionlar Liqası məğlubiyyəsi Azərbaycan UEFA əmsalını dəyişməz saxladı

Futbol
Bu gün, 08:20

PIF "Nyukasl" klubundakı payının 25 faizini satışa çıxarmağa hazırlaşır

Digər
Bu gün, 08:03

"İdman əfsanələri" hərracı: Çemberlenin forması, Messi və Ronaldunun autoloqraflı butsları, Qretskinin hokkey çubuğu satışa çıxarılır

Futbol
Bu gün, 08:00

Çempionlar Liqasında "Həftənin oyunçusu" mükafatına namizədlər açıqlandı

Futbol
Bu gün, 07:48

Sabah qapıçısı ÇL‑də ən çox qurtarış etdi

Basketbol
Bu gün, 06:13

NBA Avropada basketbol infrastrukturuna 10 milyard avro sərmayə yatırmaqla inkişaf planlaşdırır

Futbol
Bu gün, 04:07

Portuqaliya millisinin 22 yaşlı vingeri Karluş Forbşun PSJ və Arsenal arasında transfer mübarizəsi

Futbol
Bu gün, 03:34

Bakıdakı 'Sabah'‑Barselona matçının video icmalı

Futbol
Bu gün, 03:12

Real Madrid lider, PSJ ikinci, Komo, Barselona və Liverpool ilk beşdə

Futbol
Bu gün, 03:00

Fənərbaxçada Türkiyəli məşqçinin ilk zəfəri – Emre tarixə düşdü

Futbol
Bu gün, 02:51

Aleksey İsayev: "Bu gün ölkəmizə bayram bəxş etdik" – Sabaha Barcelona qarşısında şərh

Futbol
Bu gün, 02:48

İran və BƏƏ matçı hakiminin sərxoş olduğu iddiası

Futbol
Bu gün, 02:43

Arda Turanın “Fənərbaxça” qarşısında uduzması: “Liderik, amma...”

Futbol
Bu gün, 02:28

Barselona ilə “Sabah” oyunu sonrası Bakı Olimpiya Stadionunda izdiham

Futbol
Bu gün, 02:21

Karim Adeyemi: "Sabah" əla oyun nümayiş etdirdi və mübarizəyə köklənmişdi

Futbol
Bu gün, 02:20

Mançester Yunayted 2:2 ilə nəticələndi, Fənərbağça 1:0 qələbə qazandı: Çempionlar Liqası V turu nəticələri

Futbol
Bu gün, 02:04

PSJ və Roma komandaları 2:2 hesabı ilə dəyəndi;

Futbol
Bu gün, 02:03

Çempionlar Liqasında 5-ci tur: "Lill" "Bavariya"nı məğlub etdi, "Fənərbaxça" qalib gəldi;

Futbol
Bu gün, 01:56

Qabriel Jezus: Qələbə ilə üç xal qazandıq

Futbol
Bu gün, 01:56

Fənərbaxça Londonda “Şaxtyor”u məğlub etdi

Futbol
Bu gün, 01:40

Lorenso Mezzotero Sampdoriya üçün Padovaya qarşı 2 qol vurub

Futbol
Bu gün, 01:40

Qavi Bakıda 'Barselona' azarkeşlərini görəndə sevindi

Futbol
Bu gün, 01:40

Dieqo Simeone qış transferində 2‑3 yeni futbolçu istəyir

Oxşar xəbərlər