top
Aydın Qasımov: Uşaq futbolunda ən böyük problem stadionların bərbad vəziyyətidir Sportinfo.az
Bu gün, 21:15
- ↺ +

Aydın Qasımov: Uşaq futbolunda ən böyük problem stadionların bərbad vəziyyətidir

Uşaq futbolunun inkişafı, gənc istedadların üzə çıxarılması bu gün ən çox müzakirə olunan məsələlərdəndir. Bu istiqamətdə fəaliyyət göstərən Diniyev Akademiyasının işi diqqət çəkir.

Aydın Qasımovla söhbətimizin əsas məqsədi də uşaq futbolu və akademiyanın fəaliyyəti barədə oldu.

Digər tərəfdən, müsahibimizin çalışdığı "Xankəndi" klubunun doğma şəhərinə qayıdışı Azərbaycan futbolu üçün əlamətdar hadisədir. Komanda artıq Xankəndidə ev oyunlarını keçirməyə başlayıb. Bəs bu qayıdış futbolçulara, kluba və Birinci Liqadakı mübarizəyə necə təsir edəcək? Şəhər sakinlərinin komandaya münasibəti necədir?

Bütün bu sualları "Xankəndi" klubunun köməkçi məşqçisi, eyni zamanda Diniyev Akademiyasında çalışan Aydın Qasımova ünvanladıq.

– Aydın müəllim, ilk olaraq Diniyev Akademiyasının hazırkı fəaliyyəti barədə danışaq. Akademiyada hansı yaş qrupları üzrə komandalar fəaliyyət göstərir?

– Artıq 5 ildir fəaliyyət göstəririk. Ötən mövsüm üç yaş qrupu üzrə yarışlara qatılmışdıq. Bu il isə yalnız U-9 liqasında iştirak edirik. Ən güclülərin yer aldığı A qrupundayıq. Bu da sevindirici haldır. Məqsədimiz həmin qrupda Azərbaycan futboluna yaxşı yetirmələr qazandırmaqdır. İnşallah, nəticələr də yaxşı olar.

– Akademiyanın komandaları Respublika çempionatında mübarizə aparır. Bu mövsüm nəticələri necə qiymətləndirirsiniz?

– Nəticələr önəmli deyil. Əsas odur ki, uşaqları tanıyaq, onların inkişafına kömək edək. Nəticələrə görə uşaqların inkişafını müəyyən dərəcədə geri salmaq olmaz. Bu il akademiyalara 9 uşaq vermişəm. Amma təklif edərdim ki, həftəsonları gəlib oyunları izləyəsiniz. Valideynlərin, məşqçilərin necə qışqır-bağır saldığını görün. Bunlar boş söhbətlərdir, hamı nəticəyə oynayır.

– Akademiyada seleksiya prosesi necə təşkil olunur?

– Qapımız hər kəsin üzünə açıqdır. Amma seçimlər yanvar və iyun aylarında olur.

– Ümumilikdə, Azərbaycan futbolunda uşaq və yeniyetmələrin yetişdirilməsi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

– Ən böyük problem stadionların olmaması, mövcud stadionların isə bərbad vəziyyətdə olmasıdır. Bu, inkişafı dəhşətli dərəcədə geri salır.

- Məsələn, nədə bizə mane olur? Bir qədər problemi açaq...

- Çox potensiallı uşaqlarımız var. Amma infrastrukturun bərbad olması çox üzücü haldır. Bu yaş qruplarında uşaqların oyun praktikası qazanması çox vacibdir. Akademiyalarda məşq edirlər, amma oyun praktikası da olmalıdır. Bəzi klublar oyunlara 15-16 uşaqla gedirlər. Bizdə isə say 8-9 olur. Məqsədimiz hamının oynamasıdır. Bəzi akademiyalar məndən xəbərsiz uşaqlarımızı aldadaraq aparırlar. Valideynləri aldadıb uşaqları özlərinə cəlb edirlər. Bunu etmək olmaz. Biz əziyyət çəkirik axı. Valideynlərə də məsləhət görürəm ki, uşaqlarını futbola aparanda nəticəyə yox, futbolun özünə baxsınlar. Uşaq futbolunda nəticə önəmli deyil. Əsas odur ki, uşaq oynasın, təcrübə qazansın, inkişaf etsin. Bəzən valideynlərə bunu başa salmaq çətin olur. Araşdırsınlar ki, uşağı hansı məşqçinin yanına aparırlar. Məşqçinin təhsili, savadı varmı? Futbol oynayıbmı? Hamı Mourinyonu misal çəkir. Tarixdə elə nümunələr azdır ki, futbol oynamadan yaxşı məşqçi olsun. Təməl texnikaları düzgün öyrətmək lazımdır. Ötən mövsüm akademiyalara 9 uşaq vermişəm. Amma heç birindən mənə iş təklifi gəlmir. Ən azı köməkçi məşqçi olmaq da təklif olunmur. Bütün bunlar sual doğurur. Niyə belədir? Yaxşı hal deyil. Mən də təklif gözləyirəm, uşaqların inkişafına dəstək olmaq istəyirəm. Yaxşı uşaqlarımızı üzə çıxarmaq lazımdır. Bizdə onsuz da akademiya deyilən şey yoxdur. Akademiya odur ki, uşaqlar oradan qidalanmalı, orada qalmalı və inkişaf etməlidirlər.

– Bir qədər də "Xankəndi" barədə. Komanda ilk dəfə doğma şəhərində ev oyununa çıxdı. Şəhərə qayıdışın sizdə yaratdığı ilk təəssüratlar necədir?

– O cür azarkeşlərin qarşısında meydana çıxmaq çox həyəcanlı idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arzu edirəm. Həqiqətən, qürurverici haldır.

– Xankəndiyə gəlişinizdən sonra əhalinin komandaya münasibəti, marağı və dəstəyi hansı səviyyədədir?

– Çox isti münasibət gördük. Yerli insanların futbola marağı hiss olunur. Gələcəkdə əhalinin sayı daha da artacaq. Növbəti oyunlarda tribunalar daha çox dolu olacaq.

– Komandanın ev oyunlarını Xankəndidə keçirməsi Birinci Liqadakı çıxışına necə təsir edə bilər?

– Müsbət haldır. Rəqiblər üçün çətin olacaq. Evdə oynadığını hiss edirsən. İnşallah, bundan sonrakı ev oyunlarında müsbət nəticələr qazanarıq.

– Birinci Liqada mövsümün gedişatını necə qiymətləndirirsiniz?

– 8 turdan sonra böyük rəqabət hiss olunur. Əsl mübarizə hələ indi başlayır. Görünən odur ki, bizi çox maraqlı çempionat gözləyir. Bizim də məqsədimiz maksimum xal toplayaraq ilk beşlikdə yer almaqdır. İnşallah, "Xankəndi" adını ən üst sıralarda tutarıq. İstəyimiz növbəti mövsüm Premyer Liqada olmaqdır.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 21:13

U-16 voleybol millimiz Riqada Ukraynaya 3:0 hesabı ilə qalib gəlib

Qarabağ FK
Bu gün, 20:59

“Kəpəz‑Qarabağ” oyunu 15 500 nəfərlik yeni mövsümi tamaşaçı rekordunu yaratdı

Qarabağ FK
Bu gün, 20:54

Azər Məmmədov: Avrokuboklara vəsiqə qazanmaq böyük sensasiya olar

Futbol
Bu gün, 20:50

Bavariyanın futbolçusu növbəti dəfə nevroloji pozğunluq tutması keçirib

Futbol
Bu gün, 20:50

Taleyi yeni baş məşqçidən asılıdır - Premyer Liqa mənsubunda

Qarabağ FK
Bu gün, 20:48

“Kəpəz”in baş məşqçisi: “İmkanlardan yararlansaydıq, “Qarabağ”ı məğlub edə bilərdik”

Futbol
Bu gün, 20:35

Bundesliqa: “Auqsburq”dan inamlı qələbə

Qarabağ FK
Bu gün, 20:30

Kəpəz – Qarabağ (0:0): VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 20:28

Gəncə futbolunun əfsanəsi yenidən “Kəpəz”də

Futbol
Bu gün, 20:25

"Real" Madriddəki qalibiyyəti son dəqiqələrdə əldə etdi - VİDEO

Futbol
Bu gün, 20:16

Liqa 1: “Paris” “Anje”ni darmadağın etdi - ikinci hissədə dörd qol

Futbol
Bu gün, 20:08

Premyer Liqa: “Brayton”a son dəqiqələrdə şok, Makberni üç dəqiqəyə dubl etdi

Qarabağ FK
Bu gün, 20:05

Qurban Qurbanov: Sanki Avropada idik

Futbol
Bu gün, 20:02

Acun Ilıcalının komandası “Brayton”u məğlub etdi

Qarabağ FK
Bu gün, 20:00

Qurban Qurbanov: “Beş oyun qalib gələ bilmiriksə, bu, problemdir”

Futbol
Bu gün, 19:58

Maktominey İngiltərəyə qayıda bilər?

Qarabağ FK
Bu gün, 19:53

“Avrokuboklara vəsiqə qazanmağımız sensasiya olacaq” – Azər Məmmədov

Qarabağ FK
Bu gün, 19:45

Qurban Qurbanov "Kəpəz"ə qarşı 0:0 hesablı heç-heçəni dəyərləndirib: "Beş oyundur qələbə qazanmamağımız bizi narahat edir"

Qarabağ FK
Bu gün, 19:39

Azər Məmmədov: "Kəpəz" – "Qarabağ" matçındaki heç-heçə ədalətli nəticədir

Futbol
Bu gün, 19:38

Türkiyə Superliqası: “Beşiktaş” altı qollu matçda qalib gəldi

Futbol
Bu gün, 19:29

“İmişli” baş məşqçi seçimini etdi

Qarabağ FK
Bu gün, 19:25

“Barselona” Bakıda diz çökdürüləcək?

Qarabağ FK
Bu gün, 19:25

“Sanki avrokubok matçına çıxmışdıq” – Qurban Qurbanov

Oxşar xəbərlər