Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda "Sabah" dünya nəhənglərindn birinə qarşı mübarizə aparacaq.
"Bayquşlar" noyabrın 25-də Bakıda "Barselona"nı qəbul edəcək ki, İspaniya təmsilçisinin paytaxtımıza səfər proqramı məlumdur.
Katalonlar oyundan iki gün əvvəl – noyabrın 23-də axşam saatlarında Bakıya təşrif buyuracaq. Həmin gün üçün hər hansı gəzinti və ya əlavə tədbir nəzərdə tutulmayıb. Komanda üzvləri birbaşa otelə yollanaraq məskunlaşacaqlar.
Həmin otel hansı olsa yaxşıdır?
Nə "Four Seasons"dur, nə "Fairmont", nə "Absheron Marriott", nə də "Hilton".
Çempionlar Liqasının beşqat qalibi "Ritz Charlton Baku"da qalmağa üstünlük verib.
"Barselona"nın baş məşqçisi Hansı Flikin mətbuat konfransı oyundan bir gün əvvəl – noyabrın 24-də saat 19:15-də başlayacaq.
Saat 20:00-da isə qonaq komandanın ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək. Hər iki tədbir Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Noyabrın 25-də keçiriləcək "Sabah" – "Barselona" qarşılaşmasının start fiti saat 21:45-də səslənəcək.
HƏBİB / SPORTİNFO.AZ