top
Rüstəm Alimli: “İki qızıl medal gözləyirdik” Apasport.az
Bu gün, 19:50
- ↺ +

Rüstəm Alimli: “İki qızıl medal gözləyirdik”

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında dünya çempionatından sonra Azərbaycanın gənclərdən ibarət milli cüdo komandasının baş məşqçisi Rüstəm Alimli jurnalistlər üçün brifinq keçirib.

Apasport.az xəbər verir ki, mütəxəssis mundialdakı nəticələri və qarşıdakı hazırlıq planlarını dəyərləndirdi:

– Dünya çempionatında qazanılan nəticə gözləntilərinizi nə dərəcədə qarşıladı?

– Həqiqətən də komandamız çox güclüdür. Bu yarışda ən azı iki qızıl medal gözləyirdik. Lakin 66 kq çəki dərəcəsində Məhəmməd Musayevdə alınmadı. Düzdür, rəqibi güclü idi, amma idmançımız da qalib gəlməyə layiq idi. 90 kq çəkidə Süleyman Şükürov gözlədiyimiz çıxışı göstərə bilmədi və ilk görüşdə məğlub oldu. Ağır çəki dərəcəsində mübarizə aparan Ramazan Əhmədov isə finala kimi çox yaxşı gəlmişdi. Həlledici görüşdə də ilk iki dəqiqə ərzində verilən tapşırıqları düzgün yerinə yetirdi. Lakin iki dəqiqədən sonra nə baş verdiyini bilmirəm . Bunu idmançı ilə birgə oturub təhlil edəcəyik. O, taktikanı dəyişdi, əvvəlcə "vazari", ardınca isə "ippon" fəndinə düşərək uduzdu.

– Ümumi nəticəni gözləntilərin 50 faizi civarında qiymətləndirmək olar?

– Demək olar ki, 50 faiz. Çünki başqa idmançılardan, məsələn, 60 kq çəki dərəcəsindən də medal gözləyirdik. Ən azı bir qızıl medal qazansaydı, bu, bizi razı salardı.

– İndiki heyət tarixin ən güclü və balanslı gənclər yığmalarından biri hesab olunur. Gələn il heyətin 90 faizi yenilənir və əksəriyyəti böyüklərə keçir. Növbəti il üçün hansı hazırlıqlar planlaşdırılır?

– Bu idmançılar il boyu Avropa kuboklarında və çempionatında stabil nəticələr göstərirdilər, burada da medalımız oldu. Perspektivli cüdoçulardır və ümid edirik ki, böyüklər arasında da öz sözlərini deyəcəklər. Gələn ildən isə güclü yeniyetmə idmançılarımız gənclər yaş qrupuna keçəcəklər. İnanıram ki, onları da bu səviyyəyə çatdıracağıq və yüksək nəticələr qazanacaqlar.

– Keçid dövründə 1-2 il çətinlik yaşana bilərmi?

– Ümumi komandanı tam formalaşdırmaq üçün ola bilsin ki, bir il müəyyən çətinlik yaransın. Bəlkə də komandanın 50 faizini istədiyimiz səviyyədə hazırlaya biləcəyik, amma növbəti illərdə bütün çəki dərəcələrində güclü idmançılarımızın olması üçün hər cür şansımız var.

– Komandanı qarşıda hansı yarışlar gözləyir?

– Bakıya qayıtdıqdan sonra dekabr ayında Azərbaycan çempionatı keçiriləcək. Ölkə birinciliyinin nəticələrinə əsasən yeni yığma komanda formalaşdırılacaq və yanvar ayından etibarən təlim-məşq toplanışlarına start veriləcək. Beynəlxalq arenada isə mart-may aylarında turnirlərə qatılmağı planlaşdırırıq. Hər il olduğu kimi, hazırlıq və seçim prosesimiz plan üzrə davam edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:52

Qara zolaqdan çıxdıq, amma məğlubiyyət gərginliyi artırdı

Digər
Bu gün, 19:48

“Məsuliyyət mənim üzərimdədir, amma…” – Zaur Həşimov

Digər
Bu gün, 19:45

Yeton Bekiri: Bu gün qələbəyə layiq olan tərəf biz idik

Digər
Bu gün, 19:40

Premyer Liqada qalmaq istəyiriksə… Onları göndərək, 2 legioner gətirək!

Digər
Bu gün, 19:30

“Qələbəyə layiq olan biz idik” – Bekiri

Digər
Bu gün, 19:30

PSJ-nin ən fədakar futbolçusu açıqlandı: Nə Dembele, nə də Vitinya

Digər
Bu gün, 19:25

Flik Yamalın İspaniya millisində oynamamasının səbəbini açıqladı

Qarabağ FK
Bu gün, 19:20

Toralı “Bursaspor”da niyə sevmirlər? - Tanınmış menecerdən AÇIQLAMA

Digər
Bu gün, 19:15

Okan Buruk derbini buraxacaq

Digər
Bu gün, 19:12

"Qalatasaray" ardıcıl altıncı qələbəsini qazandı - Video

Futbol
Bu gün, 19:10

Alaves iki aylıq qələbəsizliyə son verdi

Digər
Bu gün, 19:07

Nadal “Real”da yeni vəzifəyə seçildi;

Digər
Bu gün, 18:59

“Qalatasaray” “Samsunspor”u məğlub etdi

Digər
Bu gün, 18:50

Millimizin hücumçusu "Sampdoriya"da növbəti qolunu vurdu

Digər
Bu gün, 18:45

“Turan Tovuz”un qələbəsinə kölgə salan epizod: Rəqib futbolçu ciddi zədə aldı - FOTO

Digər
Bu gün, 18:40

60 milyon avro tələb olunur - “İnter”in istədiyi müdafiəçi üçün

Digər
Bu gün, 18:25

“Mançester Siti”nin 15 illik seriyası başa çatdı - VİDEO

Digər
Bu gün, 18:20

“Mən maska taxmıram və bu, heç vaxt xoşuma gəlməyib”

Formula 1
Bu gün, 18:20

Ferstappen Qətər və Əbu-Dabi yarışlarına getmək istəmədiyini bildirib

Digər
Bu gün, 18:16

"Barselona" hücumun mərkəzinə 172 milyon dollarlıq ulduzu transfer etmək istəyir - Foto

Digər
Bu gün, 18:16

“Turan Tovuz”dan inamlı qələbə – VİDEO və XRONOLOGİYA

Digər
Bu gün, 17:56

Vembanyama ilə şahmat oynamaq 81 min manata başa gəlib - VİDEO

Digər
Bu gün, 17:56

"Beşiktaş" belçikalı vingeri transfer etmək istəyir

Oxşar xəbərlər