Azərbaycanın futbol üzrə Misli Premyer Liqasında 2026/27 mövsümünün yeni tamaşaçı rekordu müəyyənləşib.
İdman.Biz xəbər verir ki, 12-ci turun "Kəpəz" - "Qarabağ" qarşılaşmasını Gəncə şəhər stadionunda 15500 tamaşaçı izləyib. Qolsuz heç-heçə ilə başa çatan görüş mövsümün ən çox azarkeş toplayan oyunu olub.
Əvvəlki rekord da "Kəpəz"in ev qarşılaşmasına məxsus idi. Sentyabrın 4-də dördüncü tur çərçivəsində keçirilən "Kəpəz" - "Şamaxı" matçını eyni stadionda 15000 tamaşaçı seyr edib. Həmin görüşdə meydan sahibləri 1:4 hesabı ilə məğlub olublar.