top
“Azarkeşlərimiz avrokubok xəyalı qura bilər” Sport24.az
Bu gün, 20:54
- ↺ +

“Azarkeşlərimiz avrokubok xəyalı qura bilər”

Misli Premyer Liqasının XII turunda doğma meydanda "Qarabağ"la qolsuz bərabərliyə (0:0) razılaşan "Kəpəz"in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında media mənsublarının suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

 

– Salam, axşamınız xeyir olsun. Hamını görməyə şadam. Oyun haqqında onu deyə bilərəm ki, bu gün Azərbaycan futbolunun tanınmasında həm məşqçi, həm də komanda kimi böyük töhfələr vermiş kollektivə qarşı oynayırdıq. Həmişə olduğu kimi, bu gün də güclü olan rəqiblə qarşılaşdıq. Bizim üçün çox çətin və ağır matç oldu. Buna baxmayaraq, komandamız bu gün ən yaxşı oyunlarından birini keçirdi. Etiraf edim ki, ilk hissədəki qol epizodlarımızdan yararlansaydıq, hətta hesabı aça və qələbə də qazana bilərdik. Eyni zamanda, "Qarabağ"ın da şansları oldu. Düşünürəm ki, bugünkü görüşün ən ədalətli nəticəsi elə heç-heçə idi və belə də bitdi. Xüsusilə qeyd etməliyəm ki, bu gün Gəncə stadionunun tribunalarını dolduran azarkeşlərimizə sonsuz təşəkkürümü bildirirəm. Onların dəstəyini hər an hiss edirdik. Komandamız ən yaxşı matçlarından birini keçirdi və həm azarkeşlərə, həm də futbolçularıma bu gözəl atmosferə görə minnətdaram.

 

– Cari mövsümdə ilk dəfə beşli müdafiə ilə oynadınız. Milli fasiləsində "Qarabağ"dan xal almaq üçün belə plan hazırlışdınız? Güclü rəqiblərlə görüşlərdə bu taktikanı "silah" kimi istifadə etməyi düşünürsünüz?

 

– "Qarabağ"ı təhlil edərkən onların əsas gücünü cinahlarda görürdük. Cinahlarda həddindən artıq təhlükəli və yaradıcı futbolçuları var. "Qarabağ"ın həm "Qəbələ", həm də "Turan Tovuz"la oyunlarını analiz etdik. Gördük ki, dördlü müdafiə oynayan komandaların cinahlarında boşluqlar yaranır və "Qarabağ" o zonaları asanlıqla yarır. Beşli müdafiədə də tamamilə yara bilmirlər deməzdim, amma dördlü ilə müqayisədə daha çox çətinlik çəkirlər. Biz də düşündük və milli fasiləsindən etibarən məşqlərə beşli müdafiə üzərində başladıq, 5-3-2 sistemi ilə hazırlaşdıq. İlk dəfə bu sxemlə çıxış etməyimizə rəğmən, komanda özünü çox yaxşı göstərdi.

 

– Cari mövsümdə ilk dəfə beşli müdafiə ilə oynadınız. Milli fasiləsində "Qarabağ"dan xal almaq üçün belə plan hazırlışdınız? Güclü rəqiblərlə görüşlərdə bu taktikanı "silah" kimi istifadə etməyi düşünürsünüz?

 

– "Qarabağ"ı təhlil edərkən onların əsas gücünü cinahlarda görürdük. Cinahlarda həddindən artıq təhlükəli və yaradıcı futbolçuları var. "Qarabağ"ın həm "Qəbələ", həm də "Turan Tovuz"la oyunlarını analiz etdik. Gördük ki, dördlü müdafiə oynayan komandaların cinahlarında boşluqlar yaranır və "Qarabağ" o zonaları asanlıqla yarır. Beşli müdafiədə də tamamilə yara bilmirlər deməzdim, amma dördlü ilə müqayisədə daha çox çətinlik çəkirlər. Biz də düşündük və milli fasiləsindən etibarən məşqlərə beşli müdafiə üzərində başladıq, 5-3-2 sistemi ilə hazırlaşdıq. İlk dəfə bu sxemlə çıxış etməyimizə rəğmən, komanda özünü çox yaxşı göstərdi.

 

– Birinci hissədə komanda həqiqətən yaxşı oynadı və önə də çıxa bilərdi. Lakin ikinci yarıda ilk hissədəki təzyiqi görmədik. Bu, futbolçuların fiziki yorğunluğu ilə bağlı idi, yoxsa kompakt müdafiədən əks-hücumlara yönəlmək tapşırığınız idi?

 

– Təşəkkür edirəm. Məni sevindirən əsas məqamlardan biri odur ki, bu gün qol buraxmadıq. Ümumiyyətlə, son oyunlarda qapımıza az top buraxırıq. Bunun səbəblərindən biri də məhz kompakt müdafiə quraraq əks-hücumlarda rəqibi cəzalandırmağa çalışmağımızdır. Razıyam, birinci hissədə yaxşı imkanlarımız oldu; ikinci hissənin əvvəlində də Viktorun qolla nəticələnə biləcək epizodu yarandı. Lakin etiraf edim ki, heyətimizdə o qədər geniş ehtiyat qüvvə yoxdur ki, hər matçda geniş rotasiyalar edək. Təxminən yeddi-səkkiz futbolçumuz demək olar ki, hər oyunda meydanda olur. Buna görə də yorğunluq qaçılmazdır. Hər halda, futbolçuların tez bərpa olunması üçün çalışır və gücümüz çatdığı qədər bu tempdə irəliləməyə cəhd edirik.

 

– Səhv etmirəmsə, təxminən iki ay Gəncədən ayrı düşəcəksiniz. Bu uzun səfər marafonunda komanda özünü necə hiss edəcək? Axı "Kəpəz"in 12-ci oyunçusu məhz azarkeşlərdir və bu amil xal yığmaqda sizə mane ola bilərmi?

 

– Dekabrın 22-sinə qədər təxirə salınmış oyun və kubok matçı da daxil olmaqla altı ağır görüşümüz var. Ayın 28-də isə "Turan Tovuz"la oyunumuz olacaq. Bizim üçün hər qarşılaşma çətindir – istər "Turan Tovuz", istər "Şamaxı", "Qəbələ", "Sumqayıt" olsun, istərsə də yenidən səfərdə "Qarabağ"la çıxış edək. Qarşıda sıx qrafik və çətin dövr gözləyir, amma rəqiblərlə üz-üzə gəlməyə məcburuq. Bu mərhələdə ən önəmli amil futbolçuların bərpa və vitaminizasiya prosesləridir. Maksimum şəkildə bu imkanlardan yararlanıb komandanı həmin oyunlara hazırlayacağıq.

 

– Futbolçuların çatışmazlığından və səfər oyunlarından danışdınız. "Kəpəz" 12 turdan sonra hələ də avrokuboklar zonasındadır və azarkeşlər bu arzunu ürəklərində hiss edirlər. Bu vəziyyət sizi narahat etmir ki?

 

– Açığını deyim ki, narahatam. Azarkeşlər, əlbəttə, "Kəpəz" üçün ən yaxşısını və ən böyüyünü istəyirlər. Amma reallıqlar var – müasir futbolda maliyyə həlledici rol oynayır. Bizim büdcəmiz bəllidir və buna uyğun olaraq maksimum nəticə göstərməyə çalışırıq. Qorxuram ki, bu ab-hava klubun içinə sıçrasın və komandada eyforiya yaratsın. Biz mövsümün əvvəlində qarşımıza qoyduğumuz əsas hədəfə çatmaq üçün mübarizə aparırıq. Həmin məqsədə çatdıqdan sonra, əlbəttə, kim istəməz ki, daha irəli getsin? Əgər azarkeşlərin arzuladığı kimi avrokuboklara vəsiqə qazana bilsək, bu, böyük sensasiya olar. Ən sevindirici hal isə odur ki, bu gün artıq heç kim "Kəpəz"ə qarşı asan qələbə haqqında düşünmür. Komandamızla hesablaşırlar, onu seçirlər. Bu amil həm "Kəpəz", həm də Gəncə üçün vacibdir; futbolçulara inam və güvən verir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:59

“Kəpəz‑Qarabağ” oyunu 15 500 nəfərlik yeni mövsümi tamaşaçı rekordunu yaratdı

Futbol
Bu gün, 20:50

Bavariyanın futbolçusu növbəti dəfə nevroloji pozğunluq tutması keçirib

Futbol
Bu gün, 20:50

Taleyi yeni baş məşqçidən asılıdır - Premyer Liqa mənsubunda

Qarabağ FK
Bu gün, 20:48

“Kəpəz”in baş məşqçisi: “İmkanlardan yararlansaydıq, “Qarabağ”ı məğlub edə bilərdik”

Futbol
Bu gün, 20:35

Bundesliqa: “Auqsburq”dan inamlı qələbə

Qarabağ FK
Bu gün, 20:30

Kəpəz – Qarabağ (0:0): VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 20:28

Gəncə futbolunun əfsanəsi yenidən “Kəpəz”də

Futbol
Bu gün, 20:25

"Real" Madriddəki qalibiyyəti son dəqiqələrdə əldə etdi - VİDEO

Futbol
Bu gün, 20:16

Liqa 1: “Paris” “Anje”ni darmadağın etdi - ikinci hissədə dörd qol

Futbol
Bu gün, 20:08

Premyer Liqa: “Brayton”a son dəqiqələrdə şok, Makberni üç dəqiqəyə dubl etdi

Qarabağ FK
Bu gün, 20:05

Qurban Qurbanov: Sanki Avropada idik

Futbol
Bu gün, 20:02

Acun Ilıcalının komandası “Brayton”u məğlub etdi

Qarabağ FK
Bu gün, 20:00

Qurban Qurbanov: “Beş oyun qalib gələ bilmiriksə, bu, problemdir”

Futbol
Bu gün, 19:58

Maktominey İngiltərəyə qayıda bilər?

Qarabağ FK
Bu gün, 19:53

“Avrokuboklara vəsiqə qazanmağımız sensasiya olacaq” – Azər Məmmədov

Qarabağ FK
Bu gün, 19:45

Qurban Qurbanov "Kəpəz"ə qarşı 0:0 hesablı heç-heçəni dəyərləndirib: "Beş oyundur qələbə qazanmamağımız bizi narahat edir"

Qarabağ FK
Bu gün, 19:39

Azər Məmmədov: "Kəpəz" – "Qarabağ" matçındaki heç-heçə ədalətli nəticədir

Futbol
Bu gün, 19:38

Türkiyə Superliqası: “Beşiktaş” altı qollu matçda qalib gəldi

Futbol
Bu gün, 19:29

“İmişli” baş məşqçi seçimini etdi

Qarabağ FK
Bu gün, 19:25

“Barselona” Bakıda diz çökdürüləcək?

Qarabağ FK
Bu gün, 19:25

“Sanki avrokubok matçına çıxmışdıq” – Qurban Qurbanov

Gimnastika
Bu gün, 19:16

Azərbaycan gimnastları Daşkənddəki "Velvet Road" turnirində 3 qızıl, 3 gümüş və 4 bürünc medala sahibdilər

Futbol
Bu gün, 19:10

"Beşiktaş" səfərdə "Konyaspor"u 4:2 hesabı ilə məğlub edib

Oxşar xəbərlər