top
“Kəpəz”in baş məşqçisi: “İmkanlardan yararlansaydıq, “Qarabağ”ı məğlub edə bilərdik” Idman.biz
Bu gün, 20:48
- ↺ +

“Kəpəz”in baş məşqçisi: “İmkanlardan yararlansaydıq, “Qarabağ”ı məğlub edə bilərdik”

"Kəpəz" futbol komandasının baş məşqçisi Azər Məmmədov "Qarabağ"la qolsuz heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında futbolçularının çıxışından razı qaldığını deyib.

İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının ilk hissədə hesabda önə keçmək üçün imkanlar yaratdığını vurğulayıb.

"Azərbaycan futboluna və onun tanınmasına böyük töhfə verən komandaya qarşı oynadığımızı bilirdik. Bizim üçün çox çətin və ağır oyun oldu. Buna baxmayaraq, komandamız ən yaxşı oyunlarından birini keçirdi. Birinci hissədəki qol imkanlarından yararlansaydıq, hesabda önə çıxa, hətta qələbə qazana bilərdik. "Qarabağ"ın da imkanları oldu. Düşünürəm ki, oyunun ədalətli nəticəsi heç-heçə idi", - deyə baş məşqçi bildirib.

Məmmədov rəqibin "Qəbələ" və "Turan Tovuz"la görüşlərini təhlil etdikdən sonra beş müdafiəçi ilə oynamağa qərar verdiklərini açıqlayıb:

"Qarabağ"ın əsas gücünü cinahlarda görürük. Çox yaradıcı futbolçuları var. Təhlil zamanı gördük ki, dörd müdafiəçi ilə oynayan rəqiblərinin cinahlarında boşluqlar yaranır və "Qarabağ" bundan rahat istifadə edir. Beşli müdafiəni də yarırlar, sadəcə, bu zaman bir qədər çətinlik çəkirlər. Buna görə milli fasilədən etibarən məşqlərimizi bu sistem üzərində qurduq. Bu gün 5-3-2 sistemi ilə oynadıq və komandamız yaxşı çıxış etdi".

Baş məşqçi ikinci hissədə fəallığın azalmasını məhdud heyət və futbolçuların yorğunluğu ilə əlaqələndirib. O, komandanın kompakt müdafiəyə və əks-hücumlara üstünlük verdiyini də söyləyib:

"Məni sevindirən məqamlardan biri qol buraxmamağımızdır. Son oyunlarda ümumiyyətlə az qol buraxırıq. Kompakt oynamağa və əks-hücumlarda rəqibi cəzalandırmağa çalışırıq. Birinci hissədə yaxşı imkanlarımız oldu. İkinci hissənin əvvəlində də Viktorun qolla nəticələnə biləcək epizodu var idi.

Heyətdə dəyişikliklər edirik, amma geniş ehtiyat qüvvəmiz yoxdur. Yeddi-səkkiz futbolçumuz demək olar ki, hər oyunda meydana çıxır. Buna görə yorğunluq qaçılmazdır. Çalışırıq ki, futbolçularımız tez bərpa olunsunlar".

Məmmədov dekabrın 22-dək təxirə salınan qarşılaşma və kubok görüşü də daxil olmaqla altı oyun keçirəcəklərini xatırladıb. O, noyabrın 28-də "Turan Tovuz"la qarşılaşacaqlarını, qarşıdakı sıx qrafikdə futbolçuların bərpasına xüsusi diqqət yetirəcəklərini bildirib.

Mütəxəssis stadionu dolduran azarkeşlərə də təşəkkür edib:

"Həmişəki kimi onların dəstəyini hiss etdik. Həm azarkeşlərimizə, həm də bu gün onlara gözəl anlar yaşadan futbolçularıma çox təşəkkür edirəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:59

“Kəpəz‑Qarabağ” oyunu 15 500 nəfərlik yeni mövsümi tamaşaçı rekordunu yaratdı

Qarabağ FK
Bu gün, 20:54

“Azarkeşlərimiz avrokubok xəyalı qura bilər”

Futbol
Bu gün, 20:50

Bavariyanın futbolçusu növbəti dəfə nevroloji pozğunluq tutması keçirib

Futbol
Bu gün, 20:50

Taleyi yeni baş məşqçidən asılıdır - Premyer Liqa mənsubunda

Futbol
Bu gün, 20:35

Bundesliqa: “Auqsburq”dan inamlı qələbə

Qarabağ FK
Bu gün, 20:30

Kəpəz – Qarabağ (0:0): VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 20:28

Gəncə futbolunun əfsanəsi yenidən “Kəpəz”də

Futbol
Bu gün, 20:25

"Real" Madriddəki qalibiyyəti son dəqiqələrdə əldə etdi - VİDEO

Futbol
Bu gün, 20:16

Liqa 1: “Paris” “Anje”ni darmadağın etdi - ikinci hissədə dörd qol

Futbol
Bu gün, 20:08

Premyer Liqa: “Brayton”a son dəqiqələrdə şok, Makberni üç dəqiqəyə dubl etdi

Qarabağ FK
Bu gün, 20:05

Qurban Qurbanov: Sanki Avropada idik

Futbol
Bu gün, 20:02

Acun Ilıcalının komandası “Brayton”u məğlub etdi

Qarabağ FK
Bu gün, 20:00

Qurban Qurbanov: “Beş oyun qalib gələ bilmiriksə, bu, problemdir”

Futbol
Bu gün, 19:58

Maktominey İngiltərəyə qayıda bilər?

Qarabağ FK
Bu gün, 19:53

“Avrokuboklara vəsiqə qazanmağımız sensasiya olacaq” – Azər Məmmədov

Qarabağ FK
Bu gün, 19:45

Qurban Qurbanov "Kəpəz"ə qarşı 0:0 hesablı heç-heçəni dəyərləndirib: "Beş oyundur qələbə qazanmamağımız bizi narahat edir"

Qarabağ FK
Bu gün, 19:39

Azər Məmmədov: "Kəpəz" – "Qarabağ" matçındaki heç-heçə ədalətli nəticədir

Futbol
Bu gün, 19:38

Türkiyə Superliqası: “Beşiktaş” altı qollu matçda qalib gəldi

Futbol
Bu gün, 19:29

“İmişli” baş məşqçi seçimini etdi

Qarabağ FK
Bu gün, 19:25

“Barselona” Bakıda diz çökdürüləcək?

Qarabağ FK
Bu gün, 19:25

“Sanki avrokubok matçına çıxmışdıq” – Qurban Qurbanov

Gimnastika
Bu gün, 19:16

Azərbaycan gimnastları Daşkənddəki "Velvet Road" turnirində 3 qızıl, 3 gümüş və 4 bürünc medala sahibdilər

Futbol
Bu gün, 19:10

"Beşiktaş" səfərdə "Konyaspor"u 4:2 hesabı ilə məğlub edib

Oxşar xəbərlər