"Barselona"nın prezidenti Joan Laporta komandanın 19 yaşlı vingeri Lamin Yamalın istedadını yüksək qiymətləndirərək onu dahi futbolçu adlandırıb.
İdman.Biz "Marca" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri gənc futbolçunun öz tarixini yazması və futbolda iz qoyması üçün ona lazımi şərait yaradılmasının vacibliyini vurğulayıb:
"Lamin öz tarixini yazmaq və öz irsini yaratmaq imkanına layiqdir. O, dahidir, müstəsna texniki keyfiyyətlərə, yaradıcılığa və meydanda rəqiblərini üstələmək üçün qeyri-adi bacarığa malik çox xüsusi futbolçudur. Onu daha da fərqləndirən isə belə gənc yaşda nümayiş etdirdiyi yetkinlik və oyunu dərindən anlamasıdır".
Laporta klubun Yamal qarşısında xüsusi məsuliyyət daşıdığını da qeyd edib:
"Bizim birbaşa vəzifəmiz Lamini qorumaq, onun inkişafını diqqətlə müşayiət etmək və ətrafında uyğun idman mühiti yaratmaqdır. Məqsəd onun nəhəng potensialından tam istifadə etməsinə və istedadını bütünlüklə üzə çıxarmasına şərait yaratmaqdır".