Yaponiya və Braziliya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, Sinqapur Milli Stadionunda təşkil olunan qarşılaşmada Yaponiya 3:2 hesablı qələbə qazanıb.
Yaponlar Takefusa Kubonun 15-ci və Keyto Nakamuranın 19-cu dəqiqələrdə vurduğu qollarla iki top fərqi ilə önə keçiblər. Braziliya Vinisius Juniorun 33-cü dəqiqədəki qolu ilə fərqi azaldıb.
İkinci hissədə də Vinisius Junior 75-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib. Lakin Tatsuhiro Sakamoto 90+1-ci dəqiqədə vurduğu qolla Yaponiyaya qələbə qazandırıb.
Beləliklə, Yaponiya Braziliyanı 3:2 hesabı ilə məğlub edib.