İtsliyanın "Yuventus" klubunun futbolçusu Kenan Yıldız Lionel Messidən unudulmaz hədiyyə alıb.
İdman.Biz İtaliyanın "Tuttosport" nəşrinə istinadla xəbər verir ki, türkiyəli futbolçu "Adidas"ın Almaniyadakı baş qərargahına səfəri zamanı qızılı rəngli xüsusi qutu ilə mükafatlandırılıb. Qutunun içərisində Messinin Argentina millisinin heyətində keçirdiyi son oyunda geyindiyi butslar və argentinalı ulduzun əl imzası olan kart yer alıb.
Messi bu xüsusi butsları özü üçün hazırlatdırıb və onları milli komandadakı vida matçında geyinib. Kenan Yıldız isə hədiyyəni görəndə təəccübünü gizlədə bilməyib.
"İndiyə qədər bundan gözəl hədiyyə almamışam. Bu, indiyə qədər aldığım ən möhtəşəm hədiyyədir. Əgər emosional insan olsaydım, indi ağlayardım", – deyə 21 yaşlı futbolçu bildirib.
Qeyd edək ki, Kenan Yıldız Messinin seçdiyi gənc futbolçular arasında yer alır. Türkiyəli oyunçu argentinalı əfsanəni özünə kumir hesab edir.