"Barselona"nın futbolçusu Hamza Abdelkarim karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Komo" klubu misirli hücumçunun xidmətində maraqlıdır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Hamza oyun praktikasını artırmaq məqsədilə A Seriyası təmsilçisinə keçməyə müsbət yanaşır.
Yanvarda klublar arasında ilkin danışıqlar başlayacaq.
Qeyd edək ki, Hamza 2026-ci ilin yayından "Barselona"dadır. O, komandada 4 oyunda 1 qol vurub.