top
Qaradağ Lökbatanın baş məşqçisi Amit Quluzadə: İkinci Liqada lideriyik, addım-addım irəliləyirik Idman.biz
Bu gün, 17:53
- ↺ +

"Qaradağ Lökbatan"ın baş məşqçisi Amit Quluzadə: "İkinci Liqada lideriyik, addım-addım irəliləyirik"

"Mövsümün əvvəlində qarşımıza yaxşı futbol sərgiləmək və azarkeşlərimizi sevindirmək məqsədi qoymuşduq. Oyundan-oyuna hansı istiqamətdə irəliləyəcəyimizi müəyyənləşdirmək bizim üçün önəmlidir. Meydana çıxdığımız hər oyunda qələbə qazanmağa çalışırıq. Qarşımıza konkret və böyük bir hədəf qoymamışıq. Əsas məqsədimiz addım-addım irəliləmək və hər qarşılaşmada qalib gəlməkdir".

Bu sözləri İkinci Liqada mübarizə aparan "Qaradağ Lökbatan" futbol komandasının baş məşqçisi Amit Quluzadə deyib.

Çalışdırıcı komandasının çempionatdakı çıxışını da dəyərləndirib.

"Çempionatın başa çatmasına hələ xeyli vaxt var. Hər oyuna əvvəlkindən daha yaxşı hazırlaşmağa çalışırıq. Eyni səhvləri təkrarlamamaq üçün əlimizdən gələni edirik. İnşallah, bu şəkildə də davam edərik. İlk 10 turdan sonra 27 xalla turnir cədvəlinə liderlik edirik. Lakin bu, sona qədər eyni mövqedə qalacağımız anlamına gəlmir. Hazırkı mövqeyimizin fərqindəyik və çalışacağıq ki, çempionatın sonuna qədər liderliyimizi qoruyaq. Bunu isə zaman göstərəcək. Ən yaxın izləyicimiz "Marafon"la aramızda dörd xallıq fərq var. Bu, elə də böyük üstünlük deyil. İkinci Liqada kifayət qədər yaxşı komandalar var və arxayınlaşmaq olmaz. İlk dövrənin sonuna qədər maksimum xal toplamağa çalışacağıq. Bundan sonra qarşıdakı planlarımızı daha dəqiq müəyyənləşdirə biləcəyik", - deyə o futbolinfo.az-a açıqlamasında vurğulayıb.

Mütəxəssis ikinci dəfə "Qaradağ Lökbatan"a baş məşqçi təyin olunmasından və əvvəlki dönəmlə indiki dövr arasındakı fərqlərdən də danışıb:

"İkinci dəfədir ki, bu komandaya baş məşqçi kimi gəlirəm. Açığı, müəyyən fərqlər var. Mənim rəhbərliyim altında komanda I Liqada çıxış edərkən də oyun baxımından yaxşı təsir bağışlayır, baxımlı futbol sərgiləyirdi. Təəssüf ki, bəzi məqamlar istədiklərimizi həyata keçirməyimizə mane oldu. Hazırda isə planlarımızı reallaşdırmağa əvvəlki dövrlə müqayisədə daha yaxınıq. Birinci Liqada çıxış etdiyimiz vaxt da komandanın oyunundan razı idim. Sadəcə, müəyyən səbəblərdən hədəflərimizə çata bilməmişdik. İnşallah, bu dəfə istəyimizə nail olarıq".

Quluzadə sonda Birinci və İkinci Liqalar arasındakı fərqlərə də toxunub:

"Sözün açığı, iki liqa arasında müəyyən fərqlər var. Xüsusilə stadionların vəziyyəti və bəzi komandaların peşəkarlıq səviyyəsi baxımından bunu hiss etmək mümkündür. Burada söhbət bizim komandadan deyil, digər bəzi kollektivlərdən gedir. Bununla belə, liqalar arasında çox böyük fərq olduğunu desəm, doğru olmaz. İkinci Liqada mübarizə aparan elə komandalar var ki, güc baxımından Birinci Liqanın bir çox təmsilçisindən geri qalmırlar. Hesab edirəm ki, həmin kollektivlər arasında ciddi fərq yoxdur".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:58

Hakan Çalhanoğlu “Fənərbağça”nın marağında

Futbol
Bu gün, 17:39

Sabah Çempionlar Liqasının sosial şəbəkələrdə ən az izlənilən klub

Futbol
Bu gün, 17:28

“Barselona”nın hücumçusu Hamza Abdelkarim “Komo”ya keçə bilər

Futbol
Bu gün, 17:19

“Riqa” klubuna LFF‑dən 6 822 avroluq cərimə və 3 xal itki

Basketbol
Bu gün, 17:01

Azərbaycan qadın basketbol yığmasının baş məşqçisi İrlandiyanı məğlubiyyətin səbəbini müdafiədəki zəifliklə bağlıdı

Futbol
Bu gün, 16:59

Xavi Niderlandın Yunanıstan üzərində 7:0 hesablı qələbəsini şərh etdi: "Oyunçularla fəxr edirəm"

Cüdo
Bu gün, 16:41

Azərbaycanlı muay-tay döyüşçüsü Anar Məmmədov Tailandda nokautu və qələbəsi üçün 10 min dollardan çox mükafat alıb

Futbol
Bu gün, 16:25

Yaponiya Braziliyanı 3:2 hesabı ilə məğlub etdi

Güləş
Bu gün, 16:21

Eldəniz Əzizli: 5-ci dəfə dünya çempionu olmaq, anasının sözləri və idman dünyasından təbriklər

Futbol
Bu gün, 16:02

Kenan Yıldız Messi-dən qızılı hədiyyə aldı

Futbol
Bu gün, 16:00

Portuqaliya millisi Ronaldoya hörmət olaraq 7 nömrəli formayla çıxacaq

Cüdo
Bu gün, 15:52

Bakıda cüdo üzrə paytaxt birinciliyində ilk medalçılar müəyyənləşib

Cüdo
Bu gün, 15:46

Azərbaycan cüdoçuları Bakıdakı klublarda birgə məşqlərə qatılıblar

Şahmat
Bu gün, 15:42

Nərmin Abdinova Avropa U18 Çempionatında bütün oyunları qazanaraq tarixinə düşdü

Futbol
Bu gün, 15:30

Bellingem Real Madrid ilə müqaviləsini 2031-ci ilə qədər uzatdı

Cüdo
Bu gün, 15:12

Bakıda cüdoçular üçün təhlükəsiz idman seminarı keçirildi

Digər
Bu gün, 15:06

Azərbaycan “Mountain Sports Club” ilə Gürcüstan “Sakartvelo Orienteering” arasında əməkdaşlıq memorandumu imzalandı

Futbol
Bu gün, 15:01

Kəpəz və Gəncəbasar 1:1 hesablı yoxlama oyununda görüşdülər

Futbol
Bu gün, 15:00

Arif Əsədov: Qol Epizodlarından Yararlana Bilməmək Yaralı Yerimizdir

Basketbol
Bu gün, 14:56

ABŞ basketbolçusu Sumqayıtın şəhərinə öz doğma şəhərini xatırlayır

Futbol
Bu gün, 14:36

Ronaldusuz Portugal və Holandın təzyiqi altında: Millətlər Liqasında 8 əsas matç

Digər
Bu gün, 14:30

Almaniyanın 1990 Dünya Çempionu Prezident namizədinə çevrildi

Digər
Bu gün, 14:16

IIHF, CAS-ın Rusiyanın beynəlxalq hokkey turnirlərinə qayıtmasına verdiyi qərardan şikayət etdi

Oxşar xəbərlər