"Qalatasaray"ın əfsanəvi baş məşqçisi Fatih Terim restoranda 83 min Türkiyə lirəsi məbləğində hesabı qeyri-adi üsulla ödəməsi iddiası ilə gündəmə gəlib.
Lent.az xəbər verir ki, məşhur məşqçinin şam yeməyindən sonra hesabı nağd pul və ya bank kartı ilə ödəmək əvəzinə restoran sahibinə üç ədəd imzalı "Qalatasaray" forması verdiyi iddia olunur.
Yayılan fotoda Fatih Terimin restoran əməkdaşlarının yanında futbol formalarını imzaladığı görünür.
Lakin hesabın həqiqətən formalarla ödənildiyi rəsmi şəkildə təsdiqlənməyib.
