top
AMADA-nın icraçı direktoru beynəlxalq təqdbirdə iştirak edib Sport24.az
18 mart 2025, 17:00
- ↺ +

AMADA-nın icraçı direktoru beynəlxalq təqdbirdə iştirak edib

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) illik beynəlxalq vorkşopunda iştirak edib. Sport24.az xəbər verir ki, İsveçrənin Lozanna şəhərində baş tutan tədbirdə antidopinq sahəsində ən yeni innovasiyalar, qabaqcıl təcrübələr və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

 

Dünyanın müxtəlif ölkələrindən antidopinq ekspertləri, mütəxəssislər və tədqiqatçılar təmiz idmanın təşviqi və ədalətli rəqabət mühitinin qorunması üçün görüşərək gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər.

 

AMADA-nın aparıcı əməkdaşı Qüdrət Səfərov tədbirin əsas sessiyalarından biri olan "Antidopinq təhsilində və idmançıların fəaliyyətində süni intellektin tətbiqi" mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı Q.Səfərov antidopinq təhsilində generativ süni intellekt texnologiyalarının əhəmiyyətindən danışıb. O, təhsil materiallarının hazırlanması, interaktiv söhbət botları və data analitikasının tətbiqi ilə idmançıların effektiv maarifləndirilməsi istiqamətində AMADA-nın təcrübələrini bölüşüb.

 

Eyni paneldə Səfərovla yanaşı, Norveç İdman Elmləri Məktəbi və KU Leuven Universitetinin doktorantı Niko Topias Vuorinen, həmçinin Köln İdman Universiteti Biokimya İnstitutunun Köln Atlet Pasportu İdarəetmə Bölməsinin direktoru Tomas Piper də iştirak ediblər. Vuorinen süni intellekt texnologiyalarının antidopinq sahəsində tətbiqi ilə bağlı fəlsəfi və etik perspektivləri təqdim edib, süni intellektdən istifadə zamanı yarana biləcək etik çətinliklərə diqqət çəkib. Piper isə Atletlərin Bioloji Pasport məlumatlarının analizində maşın öyrənməsi alqoritmlərinin tətbiqi ilə dopinq halları aşkarlama imkanları barədə danışıb.

 

Vorkşop müddətində Ümümdünya Antidopinq Məcəlləsinin yenilənməsi, yarış müddətində həyata keçirilən test prosedurları və antidopinq təşkilatlarında idmançıların iştirakının artırılması məsələləri də geniş müzakirə edilib. Sonda antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həmçinin Avropada və dünyada təmiz idmanın təşviqi üçün strateji addımlar müəyyənləşdirilib.

 

Tədbir iNADO-nun baş icraçı direktoru Peter Van de Vlietin yekun nitqi ilə başa çatıb. Van de Vliet antidopinq sahəsində beynəlxalq əməkdaşlığın və innovativ yanaşmaların əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, antidopinq təşkilatları arasında davamlı dialoq, yeni problemlərə çevik və effektiv cavab verə bilmələri üçün zəruridir. O, iştirakçılara fəal iştiraklarına görə təşəkkürünü bildirib və iNADO-nun qlobal səviyyədə idmanın şəffaflığının və dürüstlüyünün qorunmasına olan davamlı sadiqliyini vurğulayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Bu gün, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Bu gün, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Bu gün, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Bu gün, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Bu gün, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Bu gün, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Bu gün, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Bu gün, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Bu gün, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Bu gün, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Bu gün, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Bu gün, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Bu gün, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Bu gün, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Oxşar xəbərlər