top
Azərbaycanda Çempionlar Liqası: Voleybol komandası Sloveniyaya qarşı mübarizə aparır Sportinfo.az
Bu gün, 03:20
- ↺ +

Azərbaycanda Çempionlar Liqası: Voleybol komandası Sloveniyaya qarşı mübarizə aparır

CEV Çempionlar Liqasının III təsnifat mərhələsində Sloveniyanın "ACH Volley Lyublyana" komandası ilə səfərdə keçiriləcək cavab oyunu "Xilasedici" üçün çox çətin olacaq.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında kişi voleybolçulardan ibarət Azərbaycan təmsilçisinin baş məşqçisi Cəlil Cəlilov deyib.

Mütəxəssis ilk matçın nəticəsinə baxmayaraq, mübarizədən razı qaldığını bildirib:

"Rəqib həqiqətən çox güclü və yüksəksəviyyəli kollektivdir. Demək olar ki, Sloveniya yığması ilə qarşılaşdıq. Heyətlərində cəmi 2 əcnəbi çıxış edirdi, qalan bütün idmançılar isə milli komandanın üzvləri idi. 3:1 hesablı məğlubiyyətə baxmayaraq, voleybolçularıma meydanda belə gözəl oyun nümayiş etdirdikləri üçün təşəkkür edirəm. Dünənki görüşdə əsas problemimiz servislərin alınmaması oldu, güclü zərbələr endirə bilmədik. Üstəlik, qarşı tərəfin təcrübəsi və səviyyəsi də öz sözünü dedi".

Baş məşqçi səfər matçına hazırlıq planlarından və heyətdəki zədəli voleybolçuların durumundan danışıb:

"Bu gün kollektivə istirahət vermişik ki, oyunçular dünənki görüşdən sonra dincəlsinlər. Sabah məşqçilər korpusunun iclası olacaq, matçı təhlil edib, hazırlıqlara başlayacağıq. Vaxtımız azdır, çünki noyabrın 23-də gecə saat 04:30-da səfərə çıxırıq. Heyətdə 2 zədəli voleybolçumuz var, lakin onların müalicəsi davam edir və cavab qarşılaşmasında hamısı meydançaya çıxacaq".

C.Cəlilov növbəti matçda şansların bərabər olduğunu vurğulayıb:

"Çempionlar Liqasında brend klublar mübarizə aparır, amma rəqib məğlubedilməz deyil. Voleybolda hər şey mümkündür və cavab görüşündə şansları faiz nisbəti ilə 50-nin 50-yə dəyərləndirirəm. Həmin gün oyunumuz alınsa, istədiyimiz nəticəni əldə edə bilərik. Bu, hələ son deyil. Uduzsaq belə, yolumuza CEV Çelenc Kubokunda davam edəcəyik".

Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutan CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu Sloveniya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasındakı cavab görüşü noyabrın 26-da Lyublyanada keçiriləcək.

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 10:30

“Baku City Hospital” indi burada fəaliyyət göstərir - VİDEO+FOTOLAR

Futbol
Bu gün, 10:21

Röyal Nəcəfov: 'Xankəndi' üçün cari mövsüm keçid mərhələsidir, qış fasiləsində heyəti gücləndirəcəyik

Digər
Bu gün, 10:21

Yüksək və Birinci Liqalarının püşkü atıldı - İştirakçı komandalar

Futbol
Bu gün, 10:21

Milli ilə zədələnən Xaybullayevin vəziyyəti aydınlandı - "Sabah"ın heyətində ola bilər

Futbol
Bu gün, 10:21

Dünyanın ən çox qazanan 10 futbolçusu müəyyən edildi - Ronaldo birinci, Messi ikinci

Futbol
Bu gün, 10:21

Musa Qurbanovun hava limanında alış-veriş paketləri müzakirə mövzusuna çevrildi

Futbol
Bu gün, 10:21

Səbail baş məşqçi dəyişikliyinə hazırlaşır, Sumqayıt futbolçuları mükafatdan məhrum edilib, AFFA İK dekabrda toplanacaq

Futbol
Bu gün, 10:21

Kamerunlu futbolçu Neapoldan ayrılmaq niyyətində

Digər
Bu gün, 10:21

“Sabah” - “Barselona” matçına 74 ölkədən bilet aldılar - FOTO

Qarabağ FK
Bu gün, 10:21

Qurban Qurbanovdan Kadi Borgesə yeni xəbərdarlıq: Çəkini azald, aksi halda əsas heyətdə yerini itirəcək

Qarabağ FK
Bu gün, 10:21

Dəhşətli qəzadan sağ çıxan vitse-prezidentlə SƏMİMİ MÜSAHİBƏ

Futbol
Bu gün, 10:21

I Linqa: Şahdağ Qusarla Gəncəbasar arasında liderlik mübarizəsi

Futbol
Bu gün, 10:21

Nihad Əhmədzadə: Debüt Qələbəsində Daha Bir Qol İmkanı Olmalı Idi

Futbol
Bu gün, 10:21

Yozef Sabo: Malderadan heç nə alınmayacaq, Ukrayna yığmasının əsas namizədi Markeviçdir

Futbol
Bu gün, 10:21

Ronaldo 986‑cı qolu ilə Əl-Əhli üçün qələbə qazanıb

Futbol
Bu gün, 10:21

Vernidub "Neftçi"nin futbolçularına sərt nizam-intizam mesajı verdi

Futbol
Bu gün, 10:21

Brayton Paskal Qrosu ilə 2028-ə qədər müqavilə uzatdı

Qarabağ FK
Bu gün, 10:21

Premyer Liqada "Sabah"ın "Qarabağ"la müqayisəsi niyə əsassızdır və onlara nə gözləyir?

Futbol
Bu gün, 10:21

Çelsi yarımmüdafiəçisi Romeo Lavia Aston Villa transferi ilə maraqlanmır

Futbol
Bu gün, 10:21

Misli Premyer Liqa XII turu: Şamaxı - Turan Tovuz və Şəfa - Qəbələ oyunları

Futbol
Bu gün, 10:21

Rodri Real'dan Barcelona'ya necə köçdü

Digər
Bu gün, 10:21

“Asadov Pro Bridge” - Azərbaycan futbolu üçün yeni fursət!

Digər
Bu gün, 10:21

"Sabah"ın futbolçusu ata oldu

Digər
Bu gün, 10:21

Əksər klublar niyə yerli futbolçulara hörmət etmir? - VİDEO

Oxşar xəbərlər