Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının üçüncü turuna yekun vurulub.
İdman.Biz xəbər verir ki, turun son qarşılaşmasında "Murov Az Terminal" doğma meydanda "Gəncə"ni 3:1 hesabı ilə məğlub edib.
"Murov Az Terminal" VK-nın idman zalında keçirilən görüşün ilk setində qonaqlar 25:22 hesabı ilə üstün olublar. Lakin növbəti üç setdə meydan sahibləri 25:21, 25:23 və 25:17 hesabları ilə qalib gələrək oyunu xeyirlərinə başa vurublar.
Bu nəticədən sonra "Murov Az Terminal" xallarını altıya çatdıraraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Eyni xala malik "DH Volley" və "Turan" ilk iki yeri tuturlar.