top
Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi Idman.biz
03 noyabr 2026, 00:32
- ↺ +

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Azərbaycanlı şahmatçı Məhəmməd Muradlı Qazaxıstanın Almatı şəhərində keçirilən "KazChess Masters" beynəlxalq turnirində uğursuz çıxış edir. Yarışın ən yüksək reytinqli iştirakçısı olan qrossmeyster son tur ərəfəsində on şahmatçı arasında səkkizinci pillədə qərarlaşıb.

İdman.Biz xəbər verir ki, 2662 reytinq xalına malik Muradlı səkkiz turda 3,5 xal toplayıb. O, iki qələbə qazanıb, üç görüşdə heç-heçə edib və üç dəfə məğlub olub.

Azərbaycan təmsilçisi ilk iki turda belaruslu Denis Lazavikə və özbəkistanlı Şəmsəddin Vahidova uduzub. Ardınca qazaxıstanlı Edqar Məmmədov və Denis Maxnevlə heç-heçə edən Muradlı beşinci və altıncı turlarda Alua Nurman və Sauat Nurqaliyevə qalib gəlib. Yeddinci turda Ermənistan təmsilçisi Aram Akopyana məğlub olan qrossmeyster səkkizinci turda Mark Smirnovla xalları bölüşüb.

Səkkiz turdan sonra belaruslu Denis Lazavik altı xalla turnir cədvəlinə başçılıq edir. Rusiyalı Daniil Dubov və özbəkistanlı Şəmsəddin Vahidov hərəyə 5,5 xalla onu izləyirlər. Muradlı liderdən 2,5 xal geri qalır.

On şahmatçının dairəvi sistem üzrə mübarizə apardığı turnir noyabrın 3-də başa çatacaq. Son turda Muradlı Daniil Dubovla, Lazavik Aram Akopyanla, Vahidov isə Sauat Nurqaliyevlə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:31

Barselona futbolçusunun iki oyunluq cəzası gözlənilir

Futbol
Bu gün, 01:15

İraola “Mançester Yunayted”lə oyundan sonra: “Daha çox qol vura bilərdik”

Digər
Bu gün, 01:00

Acun "Hall Siti"nin oyununa 2 milyonluq avtomobili ilə gəldi - VİDEO

Futbol
Bu gün, 00:57

Barselona məşqçisi Hansi Flik qələbədən sonra hakimliyi tənqid etdi

Digər
Bu gün, 00:38

Argentinada keçirilən triatlon yarışının qeyri-adi nəticəsi - VİDEO

Futbol
Bu gün, 00:31

Mbaye Caqne Amedspor rəhbərliyini beş ay maaş ödəməməkdə ittiham edib

Futbol
Bu gün, 00:30

"Barselona"nın "Sabah"la oyun üçün ehtimal olunan heyəti

Futbol
Bu gün, 00:20

Türkiyə Superliqasının 12-ci turunda “Beşiktaş” səfərdə, “Trabzonspor” evdə qalib gəldi;

Futbol
Bu gün, 00:10

«Sabah – Barselona» matçı İspaniyadakı Time Out Marketdə canlı yayımlanacaq

Futbol
Bu gün, 00:10

PSJ futbolçusunun evinə girmə cəhdi yaşandı

Futbol
Bu gün, 00:05

“Milan”ın sahibi Endrikə maraqdan danışdı, Rabyo ilə bağlı ümid verdi

Futbol
Bu gün, 00:00

Poçettino: Mançester Yunaytedin Liverpul qarşısındakı 0:4-lük məğlubiyyəti çox ağrılı oldu

Futbol
Dünən, 23:50

Dadaşov oynadı, komandası qələbə qazandı - VİDEO

Futbol
Dünən, 23:48

Çelsinin "Lids"ə məğlubiyyətindən sonra Koulu Palmerin azarkeşlərə salam verməməsi tənqid edilib

Futbol
Dünən, 23:45

Ronaldo Vaskes: Bu il Premyer Liqada asan oyun yoxdur

Voleybol
Dünən, 23:40

U-16 Azərbaycan voleybol millisi EEVZA Avropa çempionatında beşinci yeri tutdu

Futbol
Dünən, 23:30

"Konyaspor" - "Beşiktaş" - VİDEO

Futbol
Dünən, 23:30

"Trabzonspor" - "Eyüpsor" - VİDEO

Futbol
Dünən, 23:30

“Beşiktaş” və “Trabzonspor”dan növbəti qələbə

Voleybol
Dünən, 23:26

Milli Estoniyada qələbə qazandı

Digər
Dünən, 23:25

Mark Markes tarix yazdı: Rossini geridə qoyub əfsanəvi rekorda çatdı

Futbol
Dünən, 23:10

“Milan” “Real Madrid”in hücumçusunu istəyir

Futbol
Dünən, 23:10

Milan 5-1 məğlub etdi Fiorentina

Futbol
Dünən, 23:10

Qattuzo: “Futbolçularımızın mentaliteti və yüksək temp”

Oxşar xəbərlər