top
“Sabah”la “Barselona”nı müəllim idarə edəcək - O gələndə bizimkilər uduzur Sportinfo.az
Bu gün, 16:40
- ↺ +

“Sabah”la “Barselona”nı müəllim idarə edəcək - O gələndə bizimkilər uduzur

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" matçının hakimləri məlum olub.

Qarşılaşmanı Şotlandiyadan olan briqada idarə edəcək.

Oyunun baş hakimi FIFA referisi Nikolas Uolş olacaq. Ona yan xətlərdə həmyerliləri Frensis Konnor və Deniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

Nikolas Uolş 1990-cı ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olub. Hakimlik fəaliyyətinə 2013-cü ildə başlayan referi 2016-cı ildən Şotlandiyanın yüksək liqasında oyunlara təyinat alır.

2018-ci ildən FIFA referisi statusuna malikdir. 2025-ci ilin dekabrında isə UEFA-nın ən yüksək hakim kateqoriyası olan elit kateqoriyasına yüksəldilib.

Uolşun Azərbaycan futbol ictimaiyyətinə tanış simadır. O, bu günə qədər ölkəmizdə klublarımızın iki avrokubok qarşılaşmasında baş hakim olub və heç birində ayağı bizimkilər üçün düşərli olmayıb.

Şotlandiyalı referi ilk dəfə 2019-cu il iyulun 25-də Qəbələdə keçirilən "Qəbələ" – "Dinamo" Tbilisi görüşündə fit çalıb. Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi meydan sahiblərini 2:0 hesabı ilə məğlub edib.

Uolş ikinci dəfə 2024-cü il oktyabrın 24-də Bakıda fit çalıb.

Avropa Liqasının liqa mərhələsində keçirilən "Qarabağ" – "Ayaks" qarşılaşmasını idarə edib. Niderland nəhəngi həmin görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb. Bu matçda Uolş "Qarabağ"ın iki futbolçusunu meydandan qovub.

15-ci dəqiqədə Julio Romao birbaşa qırmızı vərəqə alıb, 79-cu dəqiqədə isə Elvin Cəfərquliyev ikinci sarı vərəqədən sonra meydanı vaxtından əvvəl tərk edib.

Bu hakim karyerası boyunca sərt qərarlar verməsi ilə yadda qalıb. İstər Şotlandiya çempionatında olsun, istərsə də avrokubok matçlarında futbolçuları vaxtından əvvəl meydandan qovması ilə ad çıxarıb.

Diqqətçəkən məqamlardan biri də Uolşun indiyədək "Barselona"nın oyununda baş hakim kimi iştirak etməməsidir. Beləliklə, noyabrın 25-də Bakıdakı qarşılaşma onun Kataloniya təmsilçisinin matçında baş hakim kimi təyinatı olacaq.

Nikolas Uolş futboldan kənar fəaliyyəti ilə də maraq doğurur. Belə ki, o, hakimliklə yanaşı, orta məktəbdə bədən tərbiyəsi müəllimi kimi çalışır.

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" qarşılaşmasına saat 21:45-də start veriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:50

“Bernardo Silva nə vaxtsa “Benfika”nın prezidenti olacaq”

Futbol
Bu gün, 16:46

“Barselona” Bakı şəhərinin görməli yerlərindən video hazırlayıb - VİDEO

Futbol
Bu gün, 16:40

Son qərar ərəfəsində Mərakeş Seneqalı CAS arbitri ilə qeyri-qanuni əlaqələrdə ittiham edib

Digər
Bu gün, 16:29

Azərbaycanlı alpinist Elmira Aslanova Ama Dablam zirvəsini fəth etdi – FOTO

Güləş
Bu gün, 16:23

Azərbaycan güləşçisi dopinqə görə 3 il diskvalifikasiya edildi

Futbol
Bu gün, 16:20

"Mançester Yunayted"in hücumçusu qışda İtaliya klubuna keçə bilər

Futbol
Bu gün, 16:08

Rəhman Daşdəmirov: Barselona nın gücü ulduzlardan çox, komandadan gəlir

Güləş
Bu gün, 16:00

Güləşçimiz ağır cəza aldı

Futbol
Bu gün, 16:00

Azərbaycan millisində kapitanlıq QALMAQALı: Ona kimlər mane olub? - VİDEO

Futbol
Bu gün, 16:00

Şahin Diniyev: “Sabah”dan sensasiya gözləmək absurddur”

Futbol
Bu gün, 15:57

“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video

Futbol
Bu gün, 15:53

“Gəncəbasar”ın müdafiəçisi qələbə vəd etdi

Şahmat
Bu gün, 15:50

Dommaracu ilə Sindarovun mübarizəsi başlayır

Qarabağ FK
Bu gün, 15:46

BFF və AFFA-nın dəstəyi ilə 5-ci D kateqoriyalı məşqçi kursu başladı

Futbol
Bu gün, 15:40

Musialanın səhhəti və “Bavariya” ilə müqaviləsi barədə yeni detallar

Digər
Bu gün, 15:30

Mərakeş Seneqala qarşı CAS-la qanunsuz əlaqələr saxlamaq ittihamı irəli sürdü

Futbol
Bu gün, 15:30

Xankəndi vloqu – VİDEO

Futbol
Bu gün, 15:29

Türkiyə millisinin keçmiş futbolçusu gözlənilmədən karyerasını dayandırdı

Futbol
Bu gün, 15:20

Vilyarrealın futbolçusu Natan Saliba "Sabah"la oyunu buraxacaq

Futbol
Bu gün, 15:20

Bayern'in idman direktoru Olise ilə Real arasındakı danışıqların olmadığını açıqladı

Futbol
Bu gün, 15:20

Barselona, Vilyarreal məhkəməsində qırmızı kart üçün şikayət edəcək

Futbol
Bu gün, 15:12

“İstənilən dövrdə “Barselona” ilə oynamaq çox çətindir” - Vəli Qasımovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 15:08

“Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı

Oxşar xəbərlər