İspaniya klubu "Real Madrid"in baş məşqçisi Joze Mourinyo hazırkı futbolçular arasında gələcəkdə məşqçi olmaq potensialına malik oyunçular barədə fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, mütəxəssis bu harədə “Marca” nəşrinə danışıb:
"Futbol haqqında söhbətlərimiz həmişə olur. Həm öz oyunumuz, həm də gündəlik işlərimiz barədə danışırıq. Futbolçunun ondan nə tələb olunduğunu başa düşməsi və bu tələblərə uyğun özünü rahat hiss etməsi mənim üçün vacibdir.
Gələcəkdə futbolçularımızdan kimin məşqçi ola biləcəyini indidən söyləmək çətindir. Çünki komandamızda çoxlu gənc oyunçu var. Düşünürəm ki, Bernardo Silva nə vaxtsa ‘Benfika"nın prezidenti olacaq. Ancaq futbolçular arasından gələcək məşqçi kimi kimisə indidən göstərmək mənim üçün çətindir".