Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) güləşçi Sadiq Mustafazadəni cəzalandırıb.
Sportify.az xəbər verir ki, idmançının nümunəsində qadağan edilmiş maddə (19 norandrosterone) və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu (2.1); idmançı tərəfindən qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə (2.2) görə ona sanksiya tətbiq olunub.
Sanksiya 36 aylıq, yəni 30.04.2026-cı il tarixdən 29.04.2029-cu il tarixinədək nəzərdə tutulub.