top
Rəhman Daşdəmirov: Barselona nın gücü ulduzlardan çox, komandadan gəlir Idman.biz
Bu gün, 16:08
- ↺ +

Rəhman Daşdəmirov: Barselona nın gücü ulduzlardan çox, komandadan gəlir

"Sabah" futbol komandasının müdafiəçisi Rəhman Daşdəmirov UEFA Çempionlar Liqasında İspaniyanın "Barselona" klubu ilə keçirəcəkləri qarşılaşma barədə danışıb.

İdman.Biz EFE-yə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu rəqibin gücünün ayrı-ayrı oyunçulardan deyil, komanda oyunundan qaynaqlandığını vurğulayıb.

"Biz "Barselona"nı ayrı-ayrı futbolçular kimi deyil, bütöv komanda şəklində təhlil edirik. Hazırlığımız da məhz buna əsaslanır. "Barselona"nın gücü kollektiv oyunundadır. Böyük komandalar konkret futbolçulardan asılı olmurlar. "Barselona" isə bütövlükdə ulduzlardan ibarət komandadır", - deyə müdafiəçi bildirib.

Daşdəmirov Kataloniya təmsilçisinə qarşı oynamağın "Sabah" üçün qürur, hər bir futbolçu üçün isə arzu olduğunu qeyd edib:

"Böyük komandaya qarşı dolu tribunalar önündə oynamaq əlavə məsuliyyətdir. Lakin hakimin start fitindən sonra bütün bu emosiyalar unudulur. Həmin andan etibarən yalnız oyuna köklənirsən".

Müdafiəçi komandanın litvalı baş məşqçisi Valdas Dambrauskasın düzgün taktiki plan hazırlayacağına inandığını bildirib:

"Belə güclü komandalara qarşı öz oyun üslubunu qorumaq çətindir. Ancaq baş məşqçimizin futbolçuların öz potensiallarını maksimum dərəcədə ortaya qoya biləcəkləri taktiki sistem hazırlayacağına inanıram".

Azərbaycan millisinin üzvü doqquz il əvvəl yaradılan "Sabah"ın qısa müddətdə Çempionlar Liqasına yüksəlməsini klubda görülən böyük işin nəticəsi kimi qiymətləndirib:

"Avropanın belə böyük komandaları ilə Bakıda qarşılaşmaq artıq qarşıya qoyulan planın həyata keçirilməsi deməkdir. Lakin çərşənbə günü mümkün olan ən yaxşı nəticəni əldə etmək üçün meydana çıxacağıq. Azarkeşlərimiz stadionu sevinclə tərk etsələr, bu, bizim üçün məqsədimizə çatdığımız anlamına gələcək".

Qeyd edək ki, "Vikinq"lə qarşılaşmada qırmızı vərəqə alan cənubi afrikalı müdafiəçi Aden Makkartinin cəzalı olması səbəbindən Rəhman Daşdəmirovun "Barselona" ilə görüşdə əsas heyətdə meydana çıxacağı gözlənilir.

Kataloniya təmsilçisi Çempionlar Liqasının liqa mərhələsində keçirdiyi dörd oyunda üç qələbə qazanıb və bir dəfə məğlub olub. "Sabah" isə yeganə qələbəsini Bakıda Çexiyanın "Slaviya" (Praqa) komandası üzərində qazanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:20

"Mançester Yunayted"in hücumçusu qışda İtaliya klubuna keçə bilər

Güləş
Bu gün, 16:00

Güləşçimiz ağır cəza aldı

Futbol
Bu gün, 16:00

Azərbaycan millisində kapitanlıq QALMAQALı: Ona kimlər mane olub? - VİDEO

Futbol
Bu gün, 16:00

Şahin Diniyev: “Sabah”dan sensasiya gözləmək absurddur”

Futbol
Bu gün, 15:57

“Barselona”nın Bakıdan maraqlı paylaşımı - Video

Futbol
Bu gün, 15:53

“Gəncəbasar”ın müdafiəçisi qələbə vəd etdi

Şahmat
Bu gün, 15:50

Dommaracu ilə Sindarovun mübarizəsi başlayır

Qarabağ FK
Bu gün, 15:46

BFF və AFFA-nın dəstəyi ilə 5-ci D kateqoriyalı məşqçi kursu başladı

Futbol
Bu gün, 15:40

Musialanın səhhəti və “Bavariya” ilə müqaviləsi barədə yeni detallar

Digər
Bu gün, 15:30

Mərakeş Seneqala qarşı CAS-la qanunsuz əlaqələr saxlamaq ittihamı irəli sürdü

Futbol
Bu gün, 15:30

Xankəndi vloqu – VİDEO

Futbol
Bu gün, 15:29

Türkiyə millisinin keçmiş futbolçusu gözlənilmədən karyerasını dayandırdı

Futbol
Bu gün, 15:20

Vilyarrealın futbolçusu Natan Saliba "Sabah"la oyunu buraxacaq

Futbol
Bu gün, 15:20

Bayern'in idman direktoru Olise ilə Real arasındakı danışıqların olmadığını açıqladı

Futbol
Bu gün, 15:20

Barselona, Vilyarreal məhkəməsində qırmızı kart üçün şikayət edəcək

Futbol
Bu gün, 15:12

“İstənilən dövrdə “Barselona” ilə oynamaq çox çətindir” - Vəli Qasımovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 15:08

“Trabzonspor” Riçarlison üçün hərəkətə keçdi – “Tottenhem”in istədiyi məbləğ açıqlandı

Futbol
Bu gün, 15:00

Tanınmış azərbaycanlı futbol adamına məşhur turizm məkanında torpaq bağışlandı

Futbol
Bu gün, 15:00

FİFA geniş tənqidlərdən sonra bu ideyadan imtina etdi

Minifutbol
Bu gün, 15:00

“Komandanı tam yeniləmişik, uzunmüddətli planın təməlini qoymuşuq”

Futbol
Bu gün, 15:00

Alonso ilə bağlı qərar verildi

Futbol
Bu gün, 14:57

Çində Ronaldonun muzeyinin filialı açıldı

Formula 1
Bu gün, 14:57

Ferrari komandasında Hamilton və Lekler arasında gərginlik artır

Oxşar xəbərlər