Almaniyalı jurnalistlər "Bavariya"nın yarımmüdafiəçisi Camal Musialanın səhhəti ətrafında yaranmış vəziyyətlə bağlı geniş araşdırma apararaq bir sıra maraqlı detalları üzə çıxarıblar.
Sportify.az araşdırmanın nəticələrini təqdim edir:
– Klub rəhbərliyinin narazılığı: "Bavariya" rəhbərliyi məşqçilər korpusunun və futbolçunun ətrafının əvvəlki huşunu itirmə halları barədə məlumatları gizlətməsindən narazıdır. Bildirilir ki, Musialanın məşqlərə qayıtmasına dörd gün qalmış, həmçinin aprelin 7-də "Real Madrid"lə Çempionlar Liqasının 1/4 final matçı günü səhər saatlarında belə hallar yaşanıb. Həmin qarşılaşmada futbolçu sonradan meydana çıxıb.
– Həkim seçimi: Musiala müalicə həkimlərini özü seçir. "Bavariya" onu klubun nevroloqu tərəfindən müayinə olunmağa məcbur edə bilmir. Klub rəhbərliyi futbolçunun səhhəti ilə bağlı tam məlumat əldə etməməsindən narahatdır.
– Müqavilədə xüsusi bənd: Musiala "Bavariya" ilə müqaviləsini uzadarkən nümayəndələri xəstəlik səbəbindən altı ay müddətində tam əməkhaqqının qorunmasını nəzərdə tutan bəndin əlavə edilməsinə nail olublar. Adətən bu müddət altı həftə təşkil edir, daha sonra ödənişlər əhəmiyyətli dərəcədə azalır.
– Maaşının məbləği: Müqaviləyə əsasən, Musiala ildə 25 milyon avro qazanır. Bu məbləğin əhəmiyyətli hissəsi futbolçunun keçirdiyi oyunların sayından asılı olmayaraq zəmanət altındadır.
– Uli Hönessin mövqeyi: "Bavariya"nın fəxri prezidenti Uli Höness klub daxilindəki müzakirələr zamanı ən yüksək maaş alan futbolçulardan birinin hazırda faktiki olaraq bazar dəyərinin sıfıra bərabər olmasından təəssüfləndiyini bildirib.
Qeyd edək ki, bunlar jurnalist araşdırmasında yer alan məlumatlardır və klub tərəfindən bütün detalların rəsmi təsdiqi verilməyib.