"Barselona" La Liqanın XIII turunda "Vilyarreal"la matçda Fermin Lopesin qırmızı vərəqə alması ilə bağlı şikayət edəcək. Sport24.az xəbər verir ki, klub ehtiyat oyunçular skamyasında əyləşən zaman hakimin qərarına etiraz edən futbolçunun "qırmızı" ilə cəzalanmasının ağır olduğu qənaətindədir.
İspaniya La Liqasının İntizam Komitəsi birbaşa qırmızı vərəqələrə iki oyunluq cəza verir. "Barselona" isə bunun qarşısını almağa çalışır. Fermin iki matçlıq diskvalifikasiya edilsə, o, çempionatda "Deportivo" və "Atletiko" ilə matçları buraxacaq.
Qeyd edək ki, "Barselona" – "Vilyarreal" matçı meydan sahiblərinin qələbəsiylə başa çatıb – 3:2.