top
Gəncə Şəhər Stadionu: Xəzər Lənkəran və Qarabağ üçün tam dolu tribunalar – VİDEO Sportinfo.az
Bu gün, 08:50
- ↺ +

Gəncə Şəhər Stadionu: Xəzər Lənkəran və Qarabağ üçün tam dolu tribunalar – VİDEO

Uzun illər Azərbaycan çempionatında stadionlar dolu tribunalara həsrət idi.

Sonuncu dəfə ölkə futboluna bu xoşbəxtliyi "Xəzər Lənkəran" bəxş etmişdi.

Bir klub azarkeşi rəqibə çətin anları məhz "Fırtanalar meydanı"nda yaşada bilirdi.

Əsas çempionatımızda ən çox iştirak edənlərdən olan "Kəpəz" son illərdə doğma şəhərdən ayrı düşmüşdü. Gah Tovuzda, gah Yevlaxda oynayan gəncəlilər nəhayət ki, doğma şəhərə qayıda bildilər.

Futbolumuzun beşiklərindən sayılan Gəncədə yeni stadion tikildi. Yerli azarkeşlər də futbol üçün hər cür şəraitə malik yeni şəhər stadionunun haqqını verdilər.

Elə ilk matçda tribunalar tam dolmuşdu. Sonrakı matçlarda da əsl futbol mənzərəsi yaradan gəncəlilər bu dəfə Azərbaycan futbolunun siması olan "Qarabağ" üçün tam səfərbər olmuşdu.

Ağdam klubu mövsümün uğursuzlarından olsa da, rəqib azarkeşlərin belə qəlbində hələ də əsas iddialı komanda kimi qalır.

"Qafqazinfo" olaraq Gəncə Şəhər Stadionuna məhz 2 gün əvvəldən biletləri satılan matç üçün yollandıq.

Gəncədə yağan yağış da azarkeşlərə mane ola bilməmişdi. Şəhər stadionu da ölkəmizdəki ən yaxşı futbol arenalarından biri sayıla bilər. Ə

n diqqətçəkən isə yaşlıların və xanımların da oyuna iki saat qalmış stadiona gəlməsi idi. Görünən odur ki, bu matçı səbrsizliklə gözləyirdilər.

"Qarabağ"ın rəqibləri qarşısında daim iddialı olmasının əsas göstəricilərindən biri yerli azarkeşlərin belə rəqib komandanın qələbəsinə inanması idi. Matç barədə fikirlərini soruşduğumuz azarkeşlərin də bəziləri Qurban Qurbanovun komandasının qələbə qazanacağı qənaətində idi.

Hesab 0:0 olsa da, Gəncədə futbolun həyəcanı sonadək hiss olundu. Gəncəlilər isə oyundan sonra bu nəticəyə sevinirdilər.

Elə Qurban Qurbanov da yerli azarkeşlərin istəyini, yaratdığı ab-havanı, rəqib komandanın doğma meydanda uduzmaq istəməməsini xüsusi qeyd etdi. Bu nəticənin onlar üçün də bir hədiyyə olduğunu bildirdi.

Gəncədən, bayram ab-havasında keçən matçdan hazırladığımız reportajı təqdim edirik.

Elsevər Məmmədov

Fidan Etibar

Foto-Video: Pərvin Zeynal

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:00

“Barselona” Fermin Lopesin cəzasına etiraz edəcək

Qarabağ FK
Bu gün, 10:00

15 500 tamaşaçı, 15 464 yer: “Kəpəz” bu fərqi necə izah edəcək?

Futbol
Bu gün, 09:55

Emre Mor Azərbaycanda karyerasını davam etdirməyi düşünüyor

Voleybol
Bu gün, 09:53

Voleybol Super Liqası: Murov Az Terminal” “Ordu” ilə üz-üzə

Futbol
Bu gün, 09:40

AFFA şikayətləri araşdırmağa başladı, klubun maliyyəsini kəsdi -YENİ XƏBƏR

Futbol
Bu gün, 09:40

"Mançester Yunayted" qışda Ayvan Toununi “rənglərinə bağlamaq” istəyir

Boks
Bu gün, 09:38

Azərbaycan boksçuları U-23 Avropa çempionatında qızıl medal üçün döyüşür

Futbol
Bu gün, 09:38

“Sabah” qol, Fermin qollar vuracaq?

Digər
Bu gün, 09:30

Zlatan İbrahimoviç “Qanqsterlər dünyası”nda

Futbol
Bu gün, 09:28

“Qalatasaray”ın matçı hansı kanalda? - TV AFİŞA

Futbol
Bu gün, 09:23

“Barselona” stadiondan hava limanına tələsəcək

Futbol
Bu gün, 09:20

"Çelsi"nin futbolçusu qarət olundu

Futbol
Bu gün, 09:10

Çempionlar Liqasında günün oyunları – YENİLƏNİR

Futbol
Bu gün, 09:08

İlk qolunu vurdu, qarət olundu

Futbol
Bu gün, 09:08

“Barselona”ya transferi baş tutmayan Laportdan diqqətçəkən açıqlama

Futbol
Bu gün, 09:01

UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək

Futbol
Bu gün, 09:00

Almaniya klubları “Udineze”nin 18 yaşlı müdafiçisinə “elçi” düşüb

Futbol
Bu gün, 08:55

Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"

Futbol
Bu gün, 08:51

Yamal zədəli deyilmiş

Futbol
Bu gün, 08:40

Qış fasiləsində Neftçidən ayrılma planları yoxdur

Futbol
Bu gün, 08:17

Mbina: "Çempionlar Liqasında oynamaq uşaqlıq arzum idi, həyata keçəcəyini düşünməmişdim"

Futbol
Bu gün, 08:07

Afrika çempionunun taleyi bu gün həll olunur: CAS tarixi qərarını açıqlayacaq

Futbol
Bu gün, 08:00

“Barselona” qarşısında nə etməli?

Oxşar xəbərlər