top
Fərid Qayıbov: III MDB Oyunları, Xankəndidəki yarışlar və idmançılarımızın uğurları haqqında Idman.biz
03 oktyabr 2025, 09:51
- ↺ +

Fərid Qayıbov: III MDB Oyunları, Xankəndidəki yarışlar və idmançılarımızın uğurları haqqında

Ötən gün Xankəndi şəhər stadionunda, III MDB Oyunları çərçivəsində keçirilən kamandan oxatma yarışlarının ilk günü başa çatıb.

İdman.biz xəbər verir ki, yarışları yerində izləyən Gənclər və İdman naziri Fərid Qayıbov jurnalistlərin suallarını cavablandırıb.

O, idmançılarımızın çıxışı, həm də bu yarışların ölkənin müxtəlif bölgələrində keçirilməsinin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Nazir bildirib ki, III MDB Oyunları artıq dörd gündür davam edir və nəticələr sevindiricidir:

"İdmançılarımız müxtəlif növlərdə uğurla çıxış edirlər. Məsələn, üzgüçülükdə əvvəlki oyunlarda heç medalımız yox idi. Bu dəfə isə artıq iki qızıl medal qazanmışıq. Bu, federasiyalarımızın düzgün işlədiyini və idmanda inkişafın getdiyini göstərir. Əsas məqsədimiz yeniyetmə idmançılarımızı böyüklər səviyyəsinə çatdırmaq və onların beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etməsidir".

Fərid Qayıbov xüsusilə qeyd edib ki, III MDB Oyunları paytaxt Bakıdan kənarda - Azərbaycanın yeddi bölgəsində keçirilir. O, bunu ölkənin idman infrastrukturunun və təşkilatçılıq potensialının genişlənməsi baxımından mühüm addım kimi qiymətləndirib:

"Bundan öncə ölkəmiz üç böyük multi-idman tədbirinə ev sahibliyi edib – 2015-ci ildə keçirilmiş ilk Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə Avropa Gənclər Yay Olimpiya Festivalı. Hər üç yarış yalnız Bakıda təşkil olunmuşdu. Lakin bu dəfə, Prezidentin təşəbbüsü və qərarı ilə, III MDB Oyunları Azərbaycanın yeddi müxtəlif bölgəsində – o cümlədən Xankəndi şəhərində – keçirilir. Bu bölgələrin idman həyatına yeni nəfəs verir və yerli mütəxəssislərlə işləmək, könüllüləri cəlb etmək üçün geniş imkanlar açır. Bu yarışların təşkilində 3 minə yaxın könüllü və minə yaxın əməkdaş iştirak edir ki, bu da böyük təcrübədir".

Xankəndində keçirilən yarışlar haqqında danışan Fərid Qayıbov bildirib: "Xankəndində beynəlxalq səviyyəli yarışların təşkili bizim üçün həm qürur, həm də böyük məsuliyyətdir.Burada ilk genişmiqyaslı tədbir 2023-cü ilin dekabrında keçirildi. Həmin vaxt futbol oyunu təşkil olunmuşdu və stadionun yenidən qurulması ilə bağlı qərar verilmişdi. Bu gün isə bu stadion beynəlxalq yarışa ev sahibliyi edir. Bu, bölgənin bərpasının və həyatın yenidən canlandığının nümunəsidir. Burada yaradılan şərait və yerləşmə ilə bağlı iştirakçı ölkələrin nümayəndələrindən çox müsbət rəylər alırıq".

Hazırda Azərbaycan medal sıralamasında ikinci pillədə qərarlaşıb. Nazir bildirib ki, bu nəticə həm idmançıların, həm də federasiyaların ciddi hazırlığının və təşkilatçılıq fəaliyyətlərinin nəticəsidir:

"Ölkəmiz əvvəlki MDB Oyunlarında ümumi sıralamada dördüncü pillədə qərarlaşmışdır. İndi isə ikinci pillədəyik və ümid edirik ki, yarışların sonuna qədər bu mövqeyi qoruyacağıq. İdmançılarımız doğma divarlar arasında yüksək əzm və məsuliyyətlə mübarizə aparırlar, biz isə onlara tam inanırıq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Dünən, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Dünən, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Dünən, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Dünən, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Dünən, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Dünən, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Dünən, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Dünən, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Dünən, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Dünən, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Dünən, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Oxşar xəbərlər