Keniyalı marafonçu, Olimpiya çempionu Peres Jepçirçir dopinq qaydalarını pozduğuna görə üç il müddətinə diskvalifikasiya edilib.
İdman.Biz "Reuters" agentliyinə istinadla xəbər verir ki, 33 yaşlı idmançı qanda qırmızı qan hüceyrələrinin istehsalını artıran EPO (eritropoetin) adlı qadağan olunmuş maddədən istifadə etdiyini etiraf edib.
Bildirilib ki, onun dopinq testi 2026-cı ilin avqustunda Sidney marafonundakı qələbəsindən əvvəl götürülmüş nümunə əsasında müsbət nəticələnib.
Nümunənin analizi sentyabrın 17-də mənfi nəticə göstərib. Jepçirçir əvvəlcə EPO-dan istifadə etdiyini inkar etsə də, sonradan antidopinq qaydalarını pozduğunu qəbul edib və cəzanı təsdiqləyən sənədi imzalayıb.
Qərara əsasən, idmançının 2026-cı il iyulun 17-dən etibarən əldə etdiyi bütün nəticələr ləğv olunub. Bu, onun Sidney marafonundakı qələbəsinə də aiddir. Nəticədə həmin yarışın qadınlar arasında qalibi keniyalı İrin Çeptai elan ediləcək.
Qeyd edək ki, Peres Jepçirçir 2021-ci ildə Tokio Olimpiadasında marafon üzrə qızıl medal qazanıb. O, həmçinin Nyu-York (2021), Boston (2022), London (2024) və Sidney (2026) marafonlarının qalibi olub.