Gənclər və idman naziri Fərid Qayıbov Sven Albertlə Xüsusi Olimpiya hərəkatının inkişafını müzakirə edib.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Nazir Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turniri ilə əlaqədar ölkəmizdə səfərdə olan Xüsusi Olimpiya Avropa-Avrasiya (SOEE) regionunun Regional Prezidenti və İdarəedici direktoru Sven Albert və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycanda inklüziv idmanın və Xüsusi Olimpiya hərəkatının inkişafı, Bakıda keçirilən Xüsusi Olimpiya Avropa Badminton Turnirinin təşkili və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.