Noyabrın 20-də gənclər və idman naziri Fərid Qayıbov "İdman Paytaxtı" Qazaxda idman federasiyalarının nümayəndələri ilə 29-cu görüşünü keçirib.
Bu barədə "Report"a nazirlikdən bildirilib.
Qazax Gənclər Evində təşkil olunan tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Milli Məclisin deputatı Səməd Seyidov şəhərdə iştirakçıları salamlayıblar.
Nazir federasiya təmsilçilərini qarşılayaraq "İdman Paytaxtı"nda, eləcə də regionlarda yeni idman bölmələrinin açılmasının vacibliyini vurğulayıb və gündəlikdə duran məsələləri açıqlayıb.
Daha sonra gündəliyə əsasən, Milli İdman Tibb və Reabilitasiya İnститутunun (MİTRİ) təqdimatı dinlənilib. Azərbaycan İdman Akademiyasına qəbul və Mərkəzləşdirilmiş Reyestr Sisteminə dair çıxışlar edilib. Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarının nəticələri, 2027-ci il üçün təqvim planı və FISU-2027 Oyunları ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Həmçinin ölkə idman yarışlarında protokol tədbirlərinin təşkili və keçirilməsi qaydaları müzakirə olunub. Toplantıda federasiyaların sosial media hesabatları dinlənilib, gündəlikdə yer alan digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.