Mərakeşdə “cırtdan” futbolçular arasında keçirilən dünya çempionatında dava düşüb.
Sportify.az xəbər verir ki, hadisə Mərakeş və Kolumbiya yığmalarının oyunu zamanı baş verib.
İnsidentə müdaxilə etmək və oyunçuları ayırmaq üçün hərbi geyimli şəxs meydana daxil olub.
Mərakeşin paytaxtı Rabatda keçirilən turnirdə ötən dünya çempionatının qalibi Argentina millisi artıq pley-off mərhələsinə vəsiqə qazanıb.