Bu gün UEFA Çempionlar Liqasında V tura start veriləcək.
Sportify.az-ın məlumatına görə, ilk oyun günündə 9 görüş keçiriləcək.
Türkiyə təmsilçilərindən “Qalatasaray” İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək.
İstanbuldakı “RAMS Park”da (“Ali Sami Yen” İdman Kompleksi) təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlanacaq. Matçı almaniyalı referi Daniel Zibertin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Hazırda sarı-qırmızılar” 4 oyundan 6 xalla 18-ci, birmingemlilər isə 9 xalla 6-cı pillədə qərarlaşıb.
“Aston Villa” II turda evdə Türkiyənin digər təmsilçisi “Fənərbağça”nı darmadağın edib – 6:0.
Digər oyunlara gəldikdə, 4 oyundan maksimum xal toplamış “Real Madrid” İspaniyada Niderland PSV-sini sınağa çəkəcək. Hələlik Eyndhoven komandasının cəmi 4 xalı var.
10 xalla 3-cü pillədə yer alan İngiltərə “Arsenal”ı isə gecənin mərkəzi qarşılaşmasında 9 xala malik Almaniyanın “Borussiya Dortmund” komandası ilə görüşəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, V tur
21:45. “Budö Qlimt” (Norveç) – LASK (Avstriya)
21:45. “Qalatasaray” (Türkiyə) – “Aston Villa” (İngiltərə)
00:00. “Real Madrid” (İspaniya) – PSV (Niderland)
00:00. “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya)
00:00. “Arsenal” (İngiltərə) – “Borussiya Dortmund” (Almaniya)
00:00. “Feyenoord” (Niderland) – “Portu” (Portuqaliya)
00:00. “Leyptsiq” (Almaniya) – “Lans” (Fransa)
00:00. “Slovan Bratislava” (Slovakiya) – “Betis” (İspaniya)
00:00. “Komo” (İtaliya) – “AEK Afina” (Yunanıstan)
Qeyd edək ki, Çempionlar Liqasının V turunun daha 9 oyunu noyabrın 25-də keçiriləcək. Azərbaycan təmsilçisi “Sabah” İspaniyanın “Barselona” kollektivini qəbul edəcək.