top
U-15 və yeniyetmələrin Avropa birinciliyində uğur qazanan atletlərimiz vətənə qayıdıblar Idman.biz
02 avqust 2025, 11:06
- ↺ +

U-15 və yeniyetmələrin Avropa birinciliyində uğur qazanan atletlərimiz vətənə qayıdıblar

İspaniyada keçirilmiş U-15 və yeniyetmələrin Avropa birinciliyində uğurla çıxış edən atletlərimiz vətənə qayıdıblar.

İdman.biz Azərbaycan Ağırlıqqaldırma Federasiyasına istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında komanda üzvlərimiz təntənəli şəkildə qarşılanıblar.

Mərasimdə idman ictimaiyyətimizin üzvləri ilə yanaşı media nümayəndələri də iştirak ediblər. Yığma komandamızın baş məqşçisi Maxtı Makkaev, eləcə də Avropa birinciliyinin qalib və mükafatçıları hava limanında jurnalistlərin suallarını cavablandırıblar.

Avropa birinciliyinin qalibi Musab Məmmədtağıyev bildirib ki, onun üçün uğurlu bir yarış olub: "İspaniyaya qızıl medal qazanmaq üçün getmişdim və sevinirəm ki, bunu bacardım. İlk növbədə federasiya rəhbərliyinə və məşqçilərimizə minnətdarlığımı bildirmək istəyirəm. Onların güvəni və zəhməti sayəsində məqsədimizə çatdıq. İrəlidə bizi daha gərgin yarışlar gözləyir. Hədəfimiz dəyişmir, hansı yarış olursa olsun bayrağımızı dalğalandırmağa çalışacam."

Avropa çempionatının gümüş mükafatçısı Lətif Əliyev vurğulayıb ki, Avropa birinciliyində zəif rəqib olmur: "Bütün idmançılar ən azı öz ölkəsinin ən yaxşılarıdır. Ona görə də gərgin yarış keçdi. Bu qələbəmizdə bütün komanda üzvlərimizin payı var. Bu fərdi idman növü olsa da, tək nəticə əldə etmək mümkün deyil. Sevinirəm ki, bizə inanan hər kəsin etimadını doğrulda bildik."

Avropa çempionatının gümüş mükafatçısı Muhəmmədəli Məmmədzadə də yarışla bağlı fikirlərini bölüşüb: "Mən son yarış günü çıxış elədim. İstəyim o idi ki, medal sayımızı artırım. İndi burada medalla dayandığım üçün sevincliyəm. Hər bir idmançının arzusu Olimpiya Oyunlarından vətənə medal gətirməkdir. Başa düşürəm ki, bunun üçün çox çalışmalıyıq. Amma hər şey özümüzdən asılıdır. İstək və zəhmət varsa mümkünsüz heç nə yoxdur."

Yığma komandanın baş məşqçisi Maxtı Makkaev hərtərəfli dəstəyinə görə federasiya prezidenti Kamran Nəbizadəyə və vitse-prezident Firdovsi Umudova təşəkkürünü bildirib: "Avropa birinciliyinə hazırlıq üçün rəhbərlik tərəfindən komandaya bütün zərurui şərait yaradılmışdı. Təlim-məşq toplanışımız plan üzrə keçirildi. Əlbəttə ki, daha çox çalışmalıyıq. Hər çəki dərəcəsində böyük rəqabət var. Rusiya atletlərinin yarışlara qayıtması bu rəqabət səviyyəsini daha da artırıb. Bu baxımdan komanda hesabında 3-cü yeri tutmağımız uğurlu nəticədir. Bir daha bütün atletlərimizi, məşqçilərimizi və inzibati heyət üzvlərimizi təbrik edirəm".

Qeyd edək ki, Avropa birinciliyində ümumilikdə 7 medal qazanmış atletlərimiz, komanda hesabında 3-cü yeri tutublar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Bu gün, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Bu gün, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Bu gün, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Futbol
Bu gün, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Oxşar xəbərlər