top
Azərbaycanın qadın atletləri beynəlxalq yarışlar öncəsi SRY gen skrininindən keçiriləcək Idman.biz
24 avqust 2025, 18:11
- ↺ +

Azərbaycanın qadın atletləri beynəlxalq yarışlar öncəsi SRY gen skrininindən keçiriləcək

Azərbaycanın bütün qadın atletləri dünya seriyalı yarışlardan əvvəl gender testi verəcəklər.

İdman.biz xəbər verir ki, bu barədə Sportnet.az-a Azərbaycan Atletika Federasiyasının (AAF) baş katibi Məhərrəm Sultanzadə məlumat verib.

Onun sözlərinə görə, belə bir qərarı Dünya Atletikası (World Athletics) qəbul edib. Qərara əsasən dünya və Avropa çempionatları, Brilliant Liqası və Kontinental tur kimi nüfuzlu yarışlar öncəsi qadın atletlər SRY gen skrinini verməlidirlər: "SRY gen skrini molekulyar-genetik araşdırmadır. Məqsəd kişi cinsi əlamətlərinin inkişafında aparıcı amil sayılan Y xromosomunda SRY geninin analizidir. Testlər orqanizmində kişi Y xromosomumunun olub-olmamasını üzə çıxarmaq üçün aparılır. Azərbaycanda da hələ COVID-19 testlərinin aparıldığı vaxtdan belə imkanlar var və analizlər ölkəmizdə aparılacaq. Skrininq tüpürcək qırıntısı və ya qan analizi vasitəsilə yerinə yetiriləcək. Qadınlarda kişi hormonları üzə çıxsa, onlar yarışlara buraxılmayacaqlar. İndiyədək kişi hormonlu qadınların kişilərin yarışlarına qatılmaları hallarına rast gəlinib. Testlər məhz belə halların qarşısını almaq üçün aparılır. World Athletics-in tövsiyəsinə əsasən, sentyabrın 1-dək gender testi aparılmalı və ali atletika qurumuna göndərilməli, nəticələri bilinməyənədək dünya çempionatı üçün bilet alınmamalıdır".

Sultanzadə sentyabrın 13 - 21-də Yaponiyanın paytaxtı Tokioda keçiriləcək atletika üzə dünya çempionatında Azərbaycanın qadın atleti iştirak etməyəcəyini bildirib. Bu səbəbdən, AAF rəsmisi yarış öncəsi testin qadın atletlərin qatılacaqları digər nüfuzlu turnirlər öncəsi aparılacağını diqqətə çatdırıb: "Dünya çempionatında Azərbaycanı yalnız kişi atlet Əlhəm Nağıyev təmsil edəcək. O, sprinter məsafəsinə qaçışlara qatılacaq. Çəkicatan Anna Skidan bu yaxınlarda ana olduğu üçün çempionata yollana bilməyəcək. Üç təkanla uzununa tullanan Nazim Babayev isə noyabrda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarına hazırlaşır. Açıq danışsaq, iki mühüm yarışda - həm dünya çempionatı, həm də İslam Həmrəyliyi Oyunlarında pik formanı saxlamaq çətindir. Buna görə də Babayevin Oyunlarda iştirakına qərar verilib".

Baş katib Skidandan əlavə, Yekaterina Sarıyeva və Lamiyə Vəliyeva kimi beynəlxalq yarışlarda nəticə verən atletlərin gələn il keçiriləcək yarışlardan öncə testdən keçiriləcəklərini açıqlayıb: "Vəliyeva yeganə atletdir ki, T13 kateqoriyasına daxil olduğu üçün həm atletika, həm də para-atletika yarışlarında iştirak edir. Bununla əlaqədar, Lamiyəni də testdən keçirəcəyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Futbol
Bu gün, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Minifutbol
Bu gün, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Futbol
Bu gün, 18:13

Arda Güler UEFA Çempionlar Liqasında AEK ilə oynayacaq "Real Madrid" heyətində yer almadı

Oxşar xəbərlər