Azərbaycan komandası Çinin Çendu şəhərində keçirilən Dünya Oyunlarında daha bir medal qazanıb.
İdman.biz xəbər verir ki, aerobika gimnastikası üzrə Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük fəxri kürsüyə yüksəlib.
Onlar Oyunlarda 19,750 xalla gümüş medal qazanıb.
Bununla da yarışdakı mükafatlarımızın sayı 5-ə yüksəlib. Daha öncə Tofiq Əliyev (tamblinq), Amin Quliyev (kikboksinq), İrina Zaretska (karate), Daniyel Abbasov və Murad Rəfiyev dueti (akrobatika) də Çenduda gümüş medala yiyələniblər.
İdman.biz