top
Azərbaycan bədii gimnastları III MDB Oyunlarına intensiv hazırlıq görürlər Idman.biz
10 sentyabr 2025, 17:42
- ↺ +

Azərbaycan bədii gimnastları III MDB Oyunlarına intensiv hazırlıq görürlər

"III MDB Oyunlarına sayılı günlər qalıb və Azərbaycan bədii gimnastları intensiv məşqlərini davam etdirirlər".

İdman.biz xəbər verir ki, 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək.

Yeddi şəhəri əhatə edəcək bu möhtəşəm idman tədbirində 23 növ üzrə yarışlar təşkil olunacaq. MDB ölkələrinin ən güclü gənc gimnastları Şəkidə bir araya gələcək.

Bədii gimnastika üzrə milli komandanın məşqçisi Nəzrin Cəfərzadə Oyunların rəsmi saytına bildirib ki, hazırlıq prosesi planlı şəkildə davam edir və artıq yekun mərhələyə yaxınlaşıb: "Qızlarımız hər gün intensiv məşqlər edirlər. Hazırda komanda həm fiziki, həm də psixoloji baxımdan yaxşı formadadır. Heyət ilin əvvəlindən bu günə qədər həm ölkədaxili, həm də beynəlxalq turnirlərdə idmançıların göstərdiyi nəticələr əsasında formalaşdırılıb" – deyə məşqçi bildirib.

Komandanın əsas hədəfi isə xalçada gözəl çıxışlar nümayiş etdirməkdir. "Bizim üçün ən vacib məsələ qızlarımızın məşqlərdə qazandıqları bacarıqları yarışda da uğurla göstərmələridir. Təbii ki, hər bir idmançı nəticə üçün mübarizə aparır və biz də medal qazanmaq istəyirik. Amma əsas məqsəd gözəl çıxışlardır, nəticələr isə bunun ardınca gələcək" – deyə Cəfərzadə qeyd edib.

O, həmçinin III MDB Oyunlarında rəqabətin kifayət qədər yüksək olacağını vurğulayıb: "Komandalar ciddi hazırlıqla gəlirlər və hər biri medal uğrunda mübarizə aparacaq. Bu, həm bizim üçün çətinlik, həm də böyük stimuldur. Komandamız yüksək motivasiya ilə yarışa hazırlaşır, ümid edirik ki, ölkəmizi layiqincə təmsil edəcəyik".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 13:22

Nigeriyada çövkən üzrə ölkə çempionatında "NSK Farms" komandası qalib gəlib

Futbol
Bu gün, 13:16

Ayxan Abbasovun rəhbərliyi altında Azərbaycan millisi gerçək milli komandaya çevrilir;

Futbol
Bu gün, 13:16

Kriştianu Ronaldunun anası Çempionlar Liqasında "Sportinq"in "Mançester Yunayted"ə qarşı matçını tribunadan izləyib

Güləş
Bu gün, 13:09

Yapon professoru Masamitsu İto Azərbaycan güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib

Futbol
Bu gün, 13:00

«Zaqatala»nın baş məşqçisi Rakif Əliyev: «Şimala» 1:4 hesabı ilə uduzmaq məyusedici oldu, amma nəticələrimizi mənfi qiymətləndirmirəm"

Futbol
Bu gün, 13:00

Vaqif Sadiqov:

Tennis
Bu gün, 12:51

İtaliya Devis Kubokunun yarımfinalına yüksəlib — Çexiyla görüşəcək

Basketbol
Bu gün, 12:42

Neftçi basketbol klubu Treyon Ceykobla müqavilə imzaladı

Futbol
Bu gün, 12:34

U-15 dünya çempionatında parlayan şimali irlandiyalı futbolçu Norviç SitiYE keçdi

Futbol
Bu gün, 12:31

Qabriel Jezus Çempionlar Liqasında 28 qolla Rivaldonu və Luis Suaresi geridə qoydu

Futbol
Bu gün, 12:29

Vatsko: "Şaxtyor" rəhbərliyi gələcək baş məşqçi üzrə variantları nəzərdən keçirməlidir

Futbol
Bu gün, 12:26

Litva XİN rəhbəri ‘Sabah’ın baş məşqçisi Dambrauskasa ‘Diplomatiya ulduzu’ mükafatını təqdim edib

Futbol
Bu gün, 12:25

Puxaç “Barselona” məğlubiyyəti barədə danışdı: “Bizə çox sərt davrandılar”

Futbol
Bu gün, 12:20

Çempionlar Liqasında ən zəif performansımız

Minifutbol
Bu gün, 12:20

Balogun Arsenal-dan Manchester United-ın əsas transfer hədəfi olur

Futbol
Bu gün, 12:16

Meksikada 26 yaşlı futbolçu meydançada güllələnib və vəfat edib

Futbol
Bu gün, 12:15

Valdas Dambrauskas Litvanın “Diplomatiya ulduzu” mükafatını aldı;

Boks
Bu gün, 12:01

UFC-nin sabiq çempionu İslam Maxaçevin kəmərinin alınmasını tələb etdi

Futbol
Bu gün, 12:00

Beşiktaşın Batumi səfərinə aparan təyyarəyə ildırım vuruldu

Futbol
Bu gün, 12:00

Sabah qapıçısı Barselona forması almağa cəhd etdi, amma əldə edə bilmədi

Futbol
Bu gün, 11:56

İspaniyada “Sabah”ın məğlubiyyətinin səbəbkarları və Xəyal Əliyevin potensialı

Futbol
Bu gün, 11:47

Sabah futbolçusu Rəhman Daşdəmirov Barselona qarşısında oyunu dəyərləndirdi

Digər
Bu gün, 11:44

ASA‑da idman elmlərinin inkişafı üzrə IV Beynəlxalq Elmi‑Praktik Konfrans keçirilib

Boks
Bu gün, 11:40

Keçmiş dünya çempionu Xorxe Linares 10 gün həbsdən azad edildi

Oxşar xəbərlər