top
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani Azərbaycanda ağır atletika şəraiti ilə tanış olub Idman.biz
20 avqust 2025, 23:21
- ↺ +

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani Azərbaycanda ağır atletika şəraiti ilə tanış olub

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani ölkəmizə səfəri çərçivəsində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudovla görüşüb.

İdman.biz xəbər verir ki, milli komandalarımızın təlim-məşq bazasına gələn Astrit Hasani burada idmançılar üçün yaradılan şəraitlə tanış olub.

Təlim-məşq bazasında atletlərin yerləşməsi, qidalanması, reabilitasiyası və hazırlıq keçməsi üçün bütün zəruri şərait yaradıldığı qonağın diqqətinə çatdırılıb. Söhbət zamanı yaxın günlərdə Bakıda keçirilməsi planlaşıdırılan beynəlxalq məşqçi seminarının təşkili məsələləri müzakirə edilib. Seminarda əcnəbi məşqçilərlə yanaşı antidopinq sahəsi üzrə mütəxəssislərin də iştirakı nəzərdə tutulub.

Eyni zamanda Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Avropa üzrə Ağırlıqqaldırma mərkəzi statusuna sahib olan Azərbaycanda digər mötəbər tədbirlərin təşkili perspektivlərindən də danışılıb. Daha sonra rəsmi qonağa Şüvəlanda yerləşən Ağırlıqqaldırma mərkəzi haqqında, həmçinin burada keçirilmiş beynəlxalq və ölkə miqyaslı yarışlar barədə məlumat verilib.

Qeyd olunub ki, mərkəzdə irimiqyaslı yarışlarla yanaşı, seminar və təlimlərin təşkili üçün hər bir şərait yaradılıb. Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani mövcud infrastrukturun idmanın inkişafı üçün önəmli olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycanda idmana dövlət səviyyəsində böyük dəstəyin göstərilməsi nümunəvi addımdır.

Görüş zamanı Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani, Kamran Nəbizadə və Firdovsi Umudova federasiyanın xatirə medallarını verib. Kamran Nəbizadə öz növbəsində milli ornamentlərimizlə bəzədilmiş xüsusi hədiyyəni AAF adından Astrit Hasaniyə təqdim edib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Futbol
Bu gün, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Minifutbol
Bu gün, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Oxşar xəbərlər