top
Zirənin baş məşqçisi Sabahla final öncəsi: Məğlubiyyətimiz 4 komandaya sərf edir, amma qələbə qazanmaq istəyirik Idman.biz
12 may 2026, 19:47
- ↺ +

"Zirə"nin baş məşqçisi "Sabah"la final öncəsi: Məğlubiyyətimiz 4 komandaya sərf edir, amma qələbə qazanmaq istəyirik

"Daha əvvəl kubokun finalında "Qarabağ" kimi güclü kollektivlə qarşılaşmışdıq. "Sabah"ın da gücünə bələdik".

İdman.Biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunundan əvvəl mətbuat konfransında deyib.

"Rəqib komandanın baş məşqçisi karyerasında 9 titul qazanıb. Kifayət qədər təcrübəli mütəxəssisdir. Ona və ustalığına böyük hörmətim var. Sevinirəm ki, çempionatımızda belə məşqçilər var. Bu mövsüm də çempionatın qalibi olublar. Bizim itirəcək çox şeyimiz var. Bu baxımdan "Sabah"la görüş avrokuboklar yolunda bizim üçün son şansdır", - Sadıqov bildirib.

Onun sözlərinə görə, finalda məğlub olmaları 4 komandaya müsbət təsir edir: "Bu amil bizə xüsusi motivasiya vermir, ya da bizə pis təsir etmir. Bu barədə futbolçularımızla da söhbət etmişik. Belə situasiya yaranıb ki, məğlub olmağımız 4 komandaya sərf edir. Amma biz öz oyunumuza köklənmişik və qələbə qazanmaq istəyirik".

R.Sadıqov penaltilər seriyasına hazırlaşdıqlarını vurğulayıb: "Biz də istərdik ki, oyunun taleyi ilk 90 dəqiqədə həll olunsun. Amma penaltilər seriyasına getmək hər bir halda bizim üçün uğurlu nəticə hesab oluna bilər. Rəqib komandanın baş məşqçisi penaltilər seriyasına hazırlaşmadıqlarını bildirib. Onun yerində olsaydım, mən də belə düşünərdim. Sabahkı nəticədən asılı olmayaraq, futbolçularıma indiyədək göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm və onlarla qürur duyuram".

Qeyd edək ki, mayın 13-də "Palms Sports Arena"da keçiriləcək final oyunu saat 20:00-da start götürəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Oxşar xəbərlər