top
Tofiq Bəhramovun vəfatının 33-cü ildönümü qeyd olunur Idman.biz
26 mart 2026, 11:41
- ↺ +

Tofiq Bəhramovun vəfatının 33-cü ildönümü qeyd olunur

Bu gün məşhur Azərbaycan futbol hakimi Tofiq Bəhramovun vəfatından 33 il ötür.

İdman.Biz xəbər verir ki, əfsanəvi referi 29 yanvar 1925-ci ildə Şuşa şəhərinin Çuxur məhəllə məhəlləsində anadan olub. Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzasının İncəvar kəndindən didərgin düşüblər. Uşaqlıq illəri Şuşada keçib. Sonra atasının işləri ilə əlaqədar olaraq, əvvəlcə Ağdama, bir qədər vaxtdan sonra isə Bakıya köçməli olub.

Futbolçu karyerasına 1943-cü ildə başlayan Bəhramov əvvəlcə "Spartak"ın gənclər komandasında çıxış edib, daha sonra isə "Neftyannik"ə dəvət olunub. Məşq zamanı komanda yoldaşı Valentin Xlıstovla mübarizədə ayağından aldığı ağır zədə onun yaşıl meydanlardakı çıxışına erkən – 25 yaşında son qoyub. Futbola olan sevgisi onu bu idman növündən uzaq düşməyə qoymayıb və o, fəaliyyətini hakim kimi davam etdirmək qərarına gəlib.

1951-ci ildə Bakı kuboku uğrunda "Dinamo" - "İnşaatçı" matçına hakim gəlmədiyi üçün 26 yaşlı Tofiq Bəhramova oyunu idarə etməyi təklif edirlər. İlk qarşılaşması qalmaqalla nəticələnib. Amma altı aydan sonra Respublika birinciliyində baş hakim kimi debüt edib.

1952-ci ildə Respublika dərəcəli hakim adını alan Bəhramov iki il sonra Futbol üzrə SSRİ çempionatının aşağı liqasında Tbilisi və Daşkənd komandalarının oyununda ədaləti təmin edib. Get-gedə ümidləri doğruldan referi həmin il "Neftçi" və Efiopiya yığmaları arasında yoldaşlıq oyununu da idarə edib.

Bəhramov 1965-ci ildən beynəlxalq matçları idarə etmək hüququ qazanıb və keçmiş İttifaqda avrokubokların finalında hakimlik etmiş ilk referi olub. Həmçinin 1972-ci ildə UEFA kubokunun final matçı ("Vulverhemton" - "Tottenhem") ona da tapşırılıb.

Həmyerlimizin adını dünya futbol tarixinə qızıl hərflərlə yazdıran hadisə 1966-cı Ddünya Çempionatının finalı olub. Almaniya və İngiltərə yığmaları arasında keçirilən həlledici matçda Ceff Herstin mübahisəli qolunu qeydə alan referinin qərarının tam doğru olduğu sonradan sübuta yetirilib.

Həmin dövrdə "Qızıl fit"lə yalnız baş hakimlər mükafatlandırılsa da, Britaniya kraliçası bu qaydanı pozaraq tarixi matçın yan xətt hakiminə həm "Qızıl fit"i, həm də "Qızıl ilahə"nin kiçik modelini təqdim edib. Qolun müəllifi Herst Bəhramova da borclu qalmadı. O, məşhur hakimin oğlu Bəhram Bəhramovu evinə çağıraraq ona üstündə azərbaycanca "Çox sağ ol" yazılmış futbolkanı təqdim etdi.

Məşhur hakimin Azərbaycan futbolu qarşısındakı misilsiz xidmətləri yüksək qiymətləndirilib və ölkənin bir nömrəli idman arenası olan Respublika stadionuna onun adı verilib. Arenanın girişində dünyada ilk dəfə olaraq bir hakimin şərəfinə abidə ucaldılıb.

Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə laysman kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da Bakıda üçüncü dəfə infarkt keçirərək 68 yaşında dünyasını dəyişib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər