top
Sumqayıt AFFA İntizam Komitəsinin qərarlarından narazıdır və Apellyasiya şikayəti verməyəcək Idman.biz
08 may 2026, 15:21
- ↺ +

"Sumqayıt" AFFA İntizam Komitəsinin qərarlarından narazıdır və Apellyasiya şikayəti verməyəcək

"Sumqayıt" Futbol Klubu AFFA İntizam Komitəsinin qərarının dəyişəcəyini düşünmür və onlara qarşı qərəz olduğunu əsas gətirərək Apellyasiya Arbitraj Tribunalına müraciət etməyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə "kimyaçılar"ın mətbuat katibi Zaur Xudiyev açıqlama verib.

Klubun mətbuat katibi bildirib ki, apellyasiya şikayəti etmək niyyətində deyillər:

"Bundan əvvəl də İntizam Komitəsinin qərarları ilə bağlı bir neçə dəfə apellyasiya şikayəti etmişik. Lakin sonuncu dəfə bizə açıq şəkildə bildirildi ki, şikayətimizə baxmaq və müzakirə etmək üçün vaxtları yoxdur. "Sumqayıt" Futbol Klubunun baş məşqçisi Saşa İliçə "Şamaxı" ilə oyunda baş verən hadisələrə görə 4 oyunluq cəza verilmişdi və həmin vaxt da eyni cavabı almışdıq. Buna görə də hesab edirik ki, apellyasiya verməyin artıq mənası yoxdur. Ümumilikdə İntizam Komitəsinin bizə münasibətinin ədalətli olmadığını düşünürük və bunu artıq qəbul etmişik".

Qeyd edək ki, AFFA İntizam Komitəsi Misli Premyer Liqasının 30-cu turunda "Kəpəz"lə keçirilən matçda baş verən hadisələrə görə "Sumqayıt" klubuna ümumilikdə 10 min manat cərimə tətbiq edib. Klub prezidenti Riad Rəfiyev oyundan sonra hakimlərin otağına daxil olduğuna görə 5000 manat, baş məşqçi Saşa İliç isə qarşılaşmada birbaşa qırmızı vərəqə aldığı üçün eyni məbləğdə cəzalandırılıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Oxşar xəbərlər